Xeyirxahlıq akademik Zərifə xanım Əliyevanın həyat tərzi idi
27.04.2018 [09:29]
Aprelin 26-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə təntənəli yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib ki, yüksək mənəvi-əxlaqi dəyərlərə malik olan, gözəl insan, həssas xanım kimi yaddaşlara həkk olan Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alimdir. O, tibb elminin ən çətin və az tədqiq edilmiş sahələrindən biri olan oftalmologiyanı seçib, bütün elmi fəaliyyəti boyunca bu sahənin həll olunmamış problemlərinin tədqiqi ilə məşğul olub və bu sahədə çox böyük nailiyyətlər əldə edib. Ş.Hacıyev diqqətə çatdırıb ki, Zərifə Əliyeva həm müəllim, həm də həkim kimi fəaliyyət göstərib və hər zaman insansevərliyi, qayğıkeşliyi, ədalətliliyi ilə fərqlənib, intellektli, savadlı və dövlətçiliyimizə bağlı mütəxəssislər yetişdirməyi hər şeydən üstün tutub. Yalnız savadlı həkim, əsl pedaqoq və güclü psixoloq olan insan bu mənəvi hissləri özündə cəmləşdirə bilərdi. Qısa həyat yolu ərzində genişmiqyaslı işlər görmüş alim, eyni zamanda, böyük bir missiyanı da yerinə yetirib. Heydər Əliyev kimi dahi şəxsiyyətin, görkəmli dövlət başçısının, diplomatın, siyasətçinin etibarlı, dəyanətli, şəfqətli və cəsur həyat yoldaşı olmaq məhz ona nəsib olub. Zərifə Əliyeva ən çətin məqamlarda Heydər Əliyevə dəstək olub. Bütün bunlar Zərifə xanımın mətanətli, dəyanətli, cəsur bir Azərbaycan qadınına xas xüsusiyyətlərə malik olduğunu bir daha sübut edir. Onun yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqına, xüsusilə qadınlarımıza və gənc qızlarımıza nümunədir.
Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclisin şöbə müdiri Adilə Abasova, Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə xanım Quliyeva akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyəti haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, fitri istedada malik və novator tədqiqatçı həkim kimi tanınmış Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir azərbaycanlı üçün kamillik və müdriklik məktəbidir. Xeyirxahlıq dünya şöhrətli bir çox oftalmoloqun haqqında yüksək fikirlər söylədiyi Zərifə xanımın həyat tərzi idi. Nəcib insan, dəyanətli və ləyaqətli Zərifə xanımın xatirəsi əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacaq.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Laləzar Mustafayeva Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunan “Ana” şeirini səsləndirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

