Yevlax rayonunun Xaldan, Aşağı Bucaq, Quşçu kəndlərinin seçiciləri ilə görüş keçirilib
18.12.2019 [09:46]
Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş Yevlax rayonunun Xaldan kəndində Xaldan, Aşağı Bucaq, Quşçu kənd seçiciləri ilə keçirilib.
Görüşü giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahının Yevlax şəhər şöbəsinin sədri, millət vəkili İlham Məmmədov açaraq ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş işlərdən, həyata keçirilən islahatlardan danışıb. Sonra dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri barədə geniş məlumat verən millət vəkili bildirib ki, Yevlax rayonu ərazisində fəaliyyət göstərən 2 seçki dairəsi üzrə qeydə alınmış seçicilərin sayı 59666 nəfərdir. Dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində 48 saylı Yevlax Seçki Dairəsindən 9 bələdiyyədə 89 nəfər, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsində isə 20 bələdiyyədə 178 nəfər bələdiyyə üzvləri seçilməlidir. Seçki Məcəlləsinə uyğun olaraq 29 bələdiyyənin tərkibində mövcud olan ümumilikdə 267 yerə 267 nəfər partiya fəalının namizədliyi irəli sürülüb.
Natiq əmin olduğunu bildirib ki, daim dövlətçiliyə sadiq olan yevlaxlılar bu seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklər.
Daha sonra Seçki Qərargahının üzvü, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova çıxış edərək seçkilərin ölkəmizin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Çıxışında ölkəmizdə həyata keçirilən qadın siyasətindən də danışan Əminə Əhmədova qadın seçiciləri partiyamızın namizədlərinə səs verməyə çağırıb.
Sonda Seçki Qərargahının üzvü, rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev çıxış edərək Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı barədə danışıb. Natiq qeyd edib ki, bu diqqət və qayğının məntiqi davamı kimi Yeni Azərbaycan Partiyası bələdiyyələrdə öz namizədlərini müəyyən edərkən gənclərə üstünlük verib.
Görüşdə çıxış edən seçicilər də YAP-ın namizədlərinə səs verəcəklərini bəyan ediblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

