Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
28.01.2020 [10:05]
Yeni Azərbaycan Partiyasının (YAP) millət vəkilliyinə namizədlərinin seçicilərlə görüşləri davam edir. YAP-ın 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizədi Emin Hacıyevin Sumqayıt şəhəri 13-cü mikrorayon seçiciləri ilə görüşü keçirilib. Namizədin vəkillərinin də iştirak etdiyi görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Elmar Xəlilov ölkəmizdə müşahidə olunan sürətli inkişaf prosesinin davamlılığı ilə bağlı fikirlərini bildirib. Bu inkişafın Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP Sədri, Prezident İlham Əliyev tərəfindən aparılan kompleks və sistemli islahatlar nəticəsində əldə olunduğunu söyləyən E.Xəlilov Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən mükəmməl iqtisadi strategiyanın ölkəmizi yüksək inkişaf yoluna çıxardığını bildirib.
Tədbirdə çıxış edən YAP-ın parlament seçkilərindəki namizədi Emin Hacıyev bildirib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Sumqayıtda da sistemli islahatlar həyata keçirilir: “Ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inam və etibarının daha da möhkəmlənməsinə yol açıb. Xalqımız dəyişiklikləri, sosial rifahının yüksəlməsini öz həyatında hiss edir. Seçicilərim mənə etimad göstərərsə, mən də fəaliyyətimi partiyamızın proqramında əks olunan məsələlərin daha da inkişaf etdirilməsi istiqamətində quracağam və bütün gücümlə bu etimadı doğrultmağa çalışacağam”.
Tədbirdə çıxış edən seçicilər fevralın 9-da seçki məntəqələrində ən layiqli namizədə - YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

