/ / YAP könüllüləri “Bizim həyət” layihəsinə dəstək məqsədilə “Sağlam həyat naminə birləşək” aksiyasına start veriblər
YAP könüllüləri “Bizim həyət” layihəsinə dəstək məqsədilə “Sağlam həyat naminə birləşək” aksiyasına start veriblər
04.03.2020 [09:38]
Yeni Azərbaycan Partiyasının (YAP) könüllüləri Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Bizim həyət” layihəsinə dəstək məqsədilə “Sağlam həyat naminə birləşək” aksiyasına start veriblər.
Aksiya Binqədi rayonu, 6-cı mikrorayondakı 201 saylı binanın qarşısındakı “Bizim həyət” layihəsi çərçivəsində abadlaşan həyətdə baş tutub. Aksiyada gənclər İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönələn “Bizim həyət” layihəsi çərçivəsində quraşdırılan idman qurğuları və oyun meydançalarında səmərəli vaxt keçiriblər.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Bakı və respublikamızın digər iri şəhərlərində reallaşdırılan “Bizim həyət” layihəsi çərçivəsində Binəqədi rayonunda xeyli sayda həyət abadlaşdırılaraq sakinlərin ixtiyarına verilib. Onun sözlərinə görə, həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpasında əsas məqsəd sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır: “Abadlaşdırılan həyətlərdə müxtəlif idman qurğularının quraşdırılması, meydançaların salınması gənclərimizin asudə vaxtlarının səmərəli keçirilməsində çox mühüm rol oynayır. Bu addımlar əhali və ən əsası isə gənclər tərəfindən müsbət qarşılanır. Çünki gənclərimiz abadlaşdırılan həyətlərdə müxtəlif idman oyunları, yarışları keçirirlər. Bildiyiniz kimi, Azərbaycan idman ölkəsidir və gənclərimizin idmana olan həvəsinin artırılması məqsədilə müxtəlif işlər görülür. Əlbəttə ki, bu işlərdə məhəllələrin abadlaşdırılması da xüsusi rola malikdir. Təbii ki, yaradılan şəraitdən azyaşlılar da faydalanırlar. Bütün bunlar dövlətimizin gənclərə, eləcə də uşaqlara göstərdiyi dövlət qayğısının nəticəsidir”.
YAP Gənclər Birliyinin Ofis rəhbəri Elmar Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması gənclərə diqqət və qayğının bariz nümunəsidir. Onun sözlərinə görə, YAP könüllüləri tərəfindən il ərzində müxtəlif layihələr həyata keçiriləcək.
Bu layihələr sosial, mədəni, ekoloji və digər istiqamətlərdə olmaqla gənclərin ölkə həyatının müxtəlif sferalarında fəal iştirakını təmin etmək məqsədi daşıyır.
“Sağlam həyat naminə birləşək” aksiyası “Bizim həyət” layihəsinə dəstək, eyni zamanda, gənclər arasında sağlam həyat tərzini aşılamaq məqsədi daşıyır. 100-ə yaxın gəncin qoşulduğu “Sağlam həyat naminə birləşək” aksiyası Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu da daxil olmaqla bütün bölgələri əhatə edəcək. Bu aksiyaya ilk olaraq Bakının Binəqədi rayonunda başlamışıq”, -deyə E.Məmmədov qeyd edib.
Azərbaycanda könüllülər üçün təşkil olunan layihələrdən yararlandığını deyən YAP könüllüsü Yeganə Cavadova isə bu cür layihələrin gənclərin sağlam gələcəklərini qurması üçün önəmli rola malik olduğunu bildirib: “Bildiyiniz kimi, Azərbaycanda könüllülər üçün müxtəlif, ekoloji, mədəni, idman sahəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bizim də könüllülər olaraq həmin layihələrdən yararlanaraq həm də bir ideya ətrafında birləşməyimizə xidmət edir. Belə ki, layihələr vasitəsilə gənclər ünsiyyət qurmaqla yanaşı, həm də etdikləri müşahidələr əsasında təcrübə toplamaq şansı əldə edirlər”.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28

