/ / YAP Gənclər Birliyi “Dünya azərbaycanlıları təxribatlara qarşı” mövzusunda videokonfrans keçirib
YAP Gənclər Birliyi “Dünya azərbaycanlıları təxribatlara qarşı” mövzusunda videokonfrans keçirib
28.07.2020 [09:09]
İyulun 27-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Dünya azərbaycanlıları təxribatlara qarşı” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda çıxış edən Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov bildirib ki, tarix boyu çətinliklərdən keçmiş, ağır sınaqlarla üzləşmiş Azərbaycan xalqı bu gün də bir yumruq kimi sıx birləşməli, bu mübarizəsindən alnıaçıq çıxaraq bayrağımızı tarixi ərazilərimiz olan Qarabağda dalğalandırmaqla, qələbəyə nail olmalıdır. Onun sözlərinə görə, bu günlər dünyanın bir çox ölkələrinin şəhərlərində Ermənistanın səfirlikləri qarşısında etiraz aksiyaları keçirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Vətənin səsinə səs verməyə və Prezidentimizin hər bir tapşırığını yerinə yetirməyə hazır olduqlarını bildirməklə vətənpərvər mövqeyini nümayiş etdirirlər. Tovuz hadisələrindən sonra yaşından, cinsindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşlarımızın könüllü olaraq hərbi xidmətə yazılmaları, hər zaman Ali Baş Komandanın əmrini gözlədiklərini və Onun ətrafında səfərbər olduqlarını bir daha təsdiqləyir.
R.Məmmədov deyib ki, vətənpərvərlik hissləri qəlbimizi qürurla doldurur və zəfər günlərinə doğru inamla irəliləməyə ruhlandırır: “Lakin ermənilər bu gün haqlı olan Azərbaycan xalqını və soydaşlarımızı müxtəlif təxribatlara çəkmək istəyirlər. İstəyirlər ki, Azərbaycan vətəndaşları təxribata uysun, zorakılığa məruz qalsın və qarşıdurmalarda iştirak etsin. Ona görə də, bütün bunlardan çəkinmək, heç bir təxribata və zorakılığa uymamaq lazımdır. Bu, Azərbaycan üçün vacibdir və təxribatlar Vətənimiz üçün heç bir fayda verməyəcək”.
Tədbirdə çıxış edən Real TV-nin Avropa müxbiri Xatirə Sərdarqızı, AMOR-un regional bölməsinin sədri Toğrul Həsənzadə, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədri Daməd Əsgərov, AGAH təşkilatının sədri Təbriz Cəfərov, Fransada Azərbaycanın Dostları Assosiasiyasının katibi Mirvari Fətəliyeva, Azərbaycanlı Gənclər Birliyinin sədri Elman Manafov, Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti Murad Sadıqzadə, İsveç Azərbaycanlı Gənclər təşkilatının sədri Ayda Amir Haşimi belə bir tədbirin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib, keçirilən aksiyaların önəmi barədə danışıblar. Eləcə də, ABŞ-da, Kanadada və Avropanın digər şəhərlərində ermənilərin azərbaycanlılara qarşı zorakı hərəkətləri barədə fikirlərini bildirib, hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduqlarını diqqətə çatdırıblar.
Natiqlər çıxışlarında xaricdə yaşayan soydaşlarımıza ermənilərin təxribatına uymamağı, onlara qarşı mübarizəni hüquqi müstəvidə aparmağı, Azərbaycan həqiqətlərinin təbliğ olunması ilə bağlı fəaliyyəti daha da gücləndirməyi və birgə hərəkət etməyi tövsiyə ediblər.
Daha sonra videokonfransda çıxış edən Milli Məclisin deputatları Naqif Həmzəyev və Bəhruz Məhərrəmov, NAYORA-nın sədri Məryəm Məcidova, ASAN Könüllüləri təşkilatının sədri Səbinə Cabbarova, ATGTİ sədri Faiq Məmmədov, YAP Gənclər Birliyi Ofisinin rəhbəri Elmar Məmmədov, “Cavan” təşkilatının sədri Murad Ağabəyli, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Bəxtiyar Rəhimov Tovuz istiqamətində gedən döyüşlərdən sonra faşist ideologiyasının quluna çevrilən ermənilərin dünyanın bir sıra ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı zorakı hərəkətlərini terror hadisəsi kimi səciyyələndiriblər. Qeyd edilib ki, mənfur düşmən öz diasporu vasitəsi ilə dünya azərbaycanlılarının həmrəyliyinə kölgə salmaq üçün Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərimizə qarşı təxribatçı əməllər törədərək, aksiya iştirakçılarına fiziki güc tətbiq edib, onlara xəsarətlər yetirib, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqlarını kobud şəkildə pozublar.
Çıxışlarda vurğulanıb ki, bu gün dünya ictimaiyyəti insan hüquqlarını ali dəyər kimi qəbul etdiyi halda, beynəlxalq hüquq normalarına arxa çevirən Ermənistan demokratik dəyərləri təhdid edir, insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. Odur ki, insan hüquqlarının kütləvi şəkildə pozulmasına qarşı hər zaman həssaslıq nümayiş etdirən beynəlxalq qurumlar, beynəlxalq hüquq-müdafiə təşkilatları Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək barədə düşünməli, qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

