/ / Namiq Əhmədov: Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır
Namiq Əhmədov: Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır
18.08.2020 [08:59]
“Məlum olduğu kimi, qlobal pandemiya şəraitində ölkəmizdə heç bir sosial layihə, o cümlədən infrastruktur layihələri təxirə salınmayıb. Pandemiyanın vurduğu zərərin qarşısının alınması üçün ölkəmizdə sosial-iqtisadi sahədə mühüm addımlar atılıb, Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı təsdiq olunaraq icra edilir. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov deyib.
Namiq Əhmədov bildirib ki, ötən ay cənab Prezident İlham Əliyev Qobustanda, İsmayıllıda, Balakəndə, Şəkidə və Qəbələdə səfərdə olarkən bir sıra obyektlərin açılışını etdi. Buraya modul tipli xəstəxanalar, yeni yollar, mədəniyyət, xidmət mərkəzləri və s. daxildir. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmizdə uğurlu siyasət həyata keçirilir və heç bir sosial layihə təxirə salınmır.
Rayon təşkilatının sədrinin sözlərinə görə, hazırda ölkəmizdə təbii qazla təmin olunma prosesi 96 faizə çatdırılıb, elektrik enerjisi məsələləri tam təmin edilib: “Hazırda su problemlərinin həlli ilə bağlı mühüm tədbirlər həyata keçirilməyə başlanıb. Cənab Prezidentin Sədrliyi ilə bu məsələyə həsr olunmuş müşavirə də bunu təsdiqləyir. Ümumiyyətlə, ölkəmizdə ötən müddət ərzində bu istiqamətdə görülən işlər nəticəsində Bakıda içməli su təminatı 40 faizdən 80 faizə, regionlarda isə 9 faizdən 63 faizə çatdırılıb. Eləcə də, ötən müddət ərzində yeni su anbarlarının tikintisi, artezian quyularının qazılması bu prosesə əhəmiyyətli təsir göstərib. Hazırda isə hədəf insanların içməli suya və suvarma suyuna tələbatını 100 faiz təmin etməkdən ibarətdir. Cənab Prezidentin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalaması da bu məqsədə xidmət edir”.
Namiq Əhmədovun fikrincə, bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyəti dəyişməz olaraq qalır: “Hansı ki işğalçı Ermənistan və ölkəmizdəki “5-ci kolon”un nümayəndələri neftin qiymətinin azalmasına sevinirdilər ki, bunun nəticəsində ölkədə ciddi sosial-iqtisadi problemlər yaşanacaq. Onlar ümid edirdilər ki, bundan da öz çirkin məqsədləri üçün istifadə edərək Azərbaycanda sabitliyi pozmağa çalışacaqlar. Amma onların niyyətləri puç oldu. Azərbaycanda nəinki sosial layihələr, həmçinin infrastruktur layihələrinin heç biri ixtisara düşmədi. Bununla da Azərbaycan Prezidenti bir daha sübut etdi ki, dövlətimizin siyasətinin mahiyyəti dəyişməzdir. Yəni Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00

