Pərixanım Muradova: İnanırıq ki, torpaqlarımız tezliklə düşmənin işğalından azad ediləcək
02.09.2020 [08:55]
“Vətəni sevmək, onu qorumaq, hər daşına, qayasına məhəbbətlə yanaşmaq, hər bir Azərbaycan vətəndaşının borcudur. Vətəndaş olaraq bizim borcumuz həm torpaqlarımızı qorumaq, həm də lazım gələrsə, torpaqlarımız uğrunda canımızdan keçməyə hazır olmağımızdır. Çünki bu torpaqlar bizə əcdadlarımızdan miras qalıb. Əsrlərboyu əcdadlarımız torpaqlarını yadelli işğalçılardan canları, qanları bahasına qorumuş və bizə əmanət etmişlər”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının Qadınlar Şurası idarə heyətinin üzvü Pərixanım Muradova deyib.
P.Muradovanın sözlərinə görə, ölkəmiz otuz ilə yaxın müddətdə müharibə şəraitində yaşamasına baxmayaraq, Azərbaycan xalqı öz vətən sevgisindən bir addım da uzaq düşməyib: “Əzəli torpaqlarımızın işğalçı ermənilər tərəfindən zəbt olunması hər bir Azərbaycan oğlunun, qızının yaralı yeridir. Hər an döyüşə hazır olan Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini gözləyir. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını qurban verərək şəhidlik zirvəsinə ucalması Azərbaycan əsgərinin vətənpərvərliyinin bariz nümunəsidir. Xalqımız Vətən, torpaq sevgisini son illərdə baş verən döyüşlərdə bir daha bütün dünyaya sübut edib”.
“2016-cı ilin Aprel döyüşlərindən 4 il keçməsinə baxmayaraq, gənclərimizin bir yumruq kimi birləşərək ayağa qalxmasının 2020-ci ilin iyul ayında Tovuzda baş verən döyüşlərdən sonra bir daha şahidi olduq. On minlərlə gəncin könüllü olaraq orduya yazılması həqiqətən də qürurvericidir. Eyni zamanda, Azərbaycan xalqı möhkəm əzmini, iradəsini nümayiş etdirdi. Azərbaycan xalqı bir daha Prezident İlham Əliyevə dayaq olduğunu sübut etdi. Çünki xalqımız inanır ki, torpaqlarımız tezliklə mənfur düşmənin işğalından azad ediləcək, səhidlərimizin qisası alınacaq. Biz qəhrəman oğullarımızın gücünə arxayınıq, inanırıq və onlarla fəxr edirik. Cənab Ali Baş Komandanın əmrinə müntəzir dayanmış gənclərimizin düşməndən hər qarış torpağımızı azad edəcəklərinə şübhə yoxdur”.
P.Muradova onu da qeyd edib ki, YAP Binəqədi rayon təşkilatı da hər zaman vətənpərvər gənclərin missiyasını dəstəkləyir və bu mövzuda onlarla tez-tez görüşlər, diskussiyalar keçirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19

