Hər şeydən keçilər, Vətəndən keçilməz!
02.10.2020 [09:23]
Nurlana Əliyeva,
YAP İdarə Heyətinin üzvü,
partiyanın Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru,
filologiya elmləri doktoru, professor
Koronavirus pandemiyası bütün dünyanı sarsıtdığı bir zamanda Azərbaycanda virusun geniş yayılmasına qarşı uğurlu addımlar atılır. Eyni zamanda, 30 ilə qədərdir ki, Azərbaycan daha qəddar, daha rəzil, daha riyakar bir virusa qarşı - erməni aqressiyasına qalib gəlmək üçün ciddi addımlar atır. Ölkə Prezidenti cənab İlham Əliyev bütün dünyada dövlətinin və millətinin haqqını, ölkəsinin mütərəqqi ruhunu, xalqının həyat eşqini, iradəsini, məqsədini, tərəqqi arzularını və bütün bunlardan daha qüdrətli olan Vətən, torpaq sevgisini müdrik, siyasəti, yüksək qabiliyyəti, diplomatik gedişləri ilə nümayiş etdirir.
Möhtərəm Prezidentimiz İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli televiziyalara müsahibəsində, həmçinin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda tutarlı arqumentləri ilə Ermənistanın təcavüzkar siyasətini, yalana söykənən əsassız təbliğatını ifşa etməklə yanaşı, dünyaya bu reallığı da çatdırdı ki, Ermənistan açıq təxribatları ilə yenidən müharibəyə hazırlaşır. Həmçinin dövlətimizin başçısı İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən fevral ayındakı görüşdən bu günə regionun təhlükəli bir məkana çevrildiyini önə çəkərək diqqəti Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına yönəltmiş və bildirmişdir ki, erməni qəsbkarları Azərbaycana hücum edə, dövlət sərhədini keçə və yeni əraziləri işğal edə biləcəklərini düşünürlər.
Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutdu. Bunun nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər və yaralananlar var. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət işğalçı dövlətin faşist mahiyyətini bütün dünyaya nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində, eyni zamanda, Təhlükəsizlik Şurasının iclasında bir daha törədilən təxribatların mahiyyətini açıqlayaraq bildirmişdir ki, dinc əhaliyə qarşı qəddarlıq faşist dövlətlərə aid olan bir siyasətdir.
Ermənilərin döyüş meydanlarında məğlubiyyətdən sonra növbəti dəfələrdə mülki şəxslərə, yaşayış məntəqələrinə hücum etmələri məlum olaylardandır. Azərbaycan Ordusu bu hərbi təxribatların qarşısını qətiyyətlə alır.
Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, ordu quruculuğu Onun fəaliyyətində birinci yerdədir. Xalqımız tam əmindir ki, dövlətimizin qətiyyətli mövqeyi, Ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən əks-hücum əməliyyatları otuz ildən artıq davam edən işğala son qoyacaq! Ədalətsizliyə son qoyacaq! Bu əks-hücum əməliyyatı, eyni zamanda, insanlarda Vətənə bağlılığı, illərdən bəri işğal altında olan torpaqlarımızın azad olunması arzularının reallaşması, gerçəkləşməsi deməkdir. Möhtərəm Prezidentimiz daim bəyan edir ki, Azərbaycan gəncliyi vətənpərvərlik ruhunda yetişməli, dövlət maraqlarının qorunması, həqiqətlərimizin təbliği onların ideoloji fəaliyyətinin əsasını təşkil etməli, azərbaycançılıq məfkurəsinə söykənməlidir. Təbii ki, bu hisslərin formalaşması kiçik dövlət olan ailədən, təhsilin əsasını təşkil edən məktəblərdən başlayır. Hər bir ana övladını ölkəsi üçün gərəkli, vətənpərvər vətəndaş kimi yetişdirməyə çalışır. Onlara hələ uşaq yaşlarından tariximizə, milli-mənəvi dəyərlərimizə, dilimizə, ədəbiyyatımıza bağlılıq aşılanır. İllər keçdikcə Azərbaycan ailələrində valideynlər övladlarını yad təsirlərdən qoruyaraq onları sağlam əqidəli, sadiq, ədalətli, vətənpərvər, hərtərəfli şəxsiyyət kimi yetişdirmək naminə ömürlərini bu müqəddəs məqsədə həsr edirlər. Bu gün hər bir ana öz övladının müstəqilliyimizin daimiliyinin, Vətənin ərazi bütövlüyünün qorunması naminə göstərdiyi qəhrəmanlıqlardan qürur hissi keçirir. Vətən, torpaq uğrunda öz həyatlarından keçən oğul və qızlarımız şəhidlik zirvəsinə ucalırlar. Şəhid verən xalq yenilməzdir. Şəhidlərimizin həyat yolu gənclərimiz üçün vətənpərvərlik məktəbidir. Bu gün bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan gəncliyi yüksək əhval-ruhiyyə ilə ordu sıralarına daxil olur, əsgərlik xidmətlərini sevə-sevə yerinə yetirirlər. Yeganə amal, məqsəd işğal altında olan torpaqlarımızın azad olunması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması, həyatımızın bütün sferalarında inkişafın dinamikliyinin təmin olunması, Azərbaycanımızın daha da qüdrətlənməsi, inkişaf etməsidir.
Bir mühüm məqamı da böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı İlham Əliyevin çağırışına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək məqsədilə könüllü müraciət edənlərin sayı onminlərlədir. Vətənpərvərlik hissinin göstəricisi kimi qəbul edilən bu statistika, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında Sərəncamından irəli gələn tapşırıqların icrasında vətəndaşlarımızın böyük ruh yüksəkliyi ilə iştirak edəcəklərinin təsdiqidir. Bugünkü hadisələr bizləri müstəqilliyimizin ilk illərində yaşananları bir daha xatırlamağı bir zərurətə çevirir. Həmin illərdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, siyasi savadsızlığı, ən əsası şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları bütün sahələrdə, o cümlədən Orduda uğursuzluqlara yol açmışdır. O dövrdə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Orduda özbaşınalıqlar, xaos hərbi xidmətdən yayınmalara, fərariliyin baş alıb getməsinə səbəb olurdu. Torpaqlarımızin biri-birinin ardınca işğalı xalqın sabaha ümidlərinin tamamilə itməsinə səbəb olan inkaredilməz amillər idi. Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu məqama da xüsusi diqqət göstərmişdir. “Qarabağ torpaqlarının itirilməsinin səbəbkarları Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq: “Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır”. AXC-Müsavat dövrünün reallıqlarına diqqət yetirməyimiz səbəbsiz deyil. Qeyd etdiyimiz kimi, bugünkü hadisələr, cəbhə xəttində yaşananlar, işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində böyük şücaətlər göstərən Ordumuza dəstək dövlət-xalq-ordu birliyinin nə qədər sarsılmaz olduğunu nümayiş etdirir. Bir neçə yaşayış məntəqəmizin işğalçılardan azad edilməsi, bir neçə strateji yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi siyasi əqidəsindən, siyasi mənsubiyyətindən, harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında sabahımıza böyük inam yaradır, torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığına inandırır.
2016-cı ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilir. Dağlıq Qarabağ problemi ümummilli məsələ olaraq hər bir vətəndaşdan münaqişənin həlli istiqamətində atılan addımlara dəstək göstərməyə, möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırışdır. 50 siyasi partiyanın cənab İlham Əliyevin ətrafında sıx birləşərək göstərilən qətiyyətli addımlara dəstək verməsi də ölkəmizdə vətəndaş həmrəyliyinin göstəricisidir. Diqqət çəkən məqam bu birliyə, dəstəyə torpaqlarımızın itirilməsinin səbəbkarları olan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının qatılmamasıdır. Onlar bu addımları ilə bir daha erməni sevgilərini, onlarla işbirliklərini ortaya qoydular. Azərbaycan dövlətinin, xalqının bugünkü çətin, eyni zamanda qələbə sevincli, qürurverici günlərində kənarda dayanan belə ünsürlərin ancaq və ancaq bir adı var - xəyanətkarlar.
Möhtərəm Prezidentimiz İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman çıxışlarında bildirirlər ki, atılan addımlar müvəqqəti xarakter daşıyır, tezliklə işğal altında olan torpaqlarımız azad olacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Mehriban xanım Əliyevanın rəsmi “Instagram” səhifəsindəki paylaşımı da qürurvericidir. Paylaşımda deyilir ki, Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir: “Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır. Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görünməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”
Ermənilərin son təxribatı da dünyadan, xüsusilə dost, qardaş Türkiyədən Azərbaycana olan dəstəyi bir daha nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Azərbaycanla bir olduqlarını bildirdilər. Bu günümüzün reallığı budur ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını davam etdirərək işğal altında olan torpaqlarımızda düşmənə sarsıdıcı zərbələr endirir. Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, işğala son qoyulmalıdır və Azərbaycan xalqının ən ülvi arzusu məhz budur. İşğal altında olan torpaqlarımızın azad olunması, şəhidlərimizin ruhu qarşısında borcumuzun yerinə yetirilməsi deməkdir. Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağını bəyan edən möhtərəm Prezidentimiz İlham Əliyev böyük qətiyyətlə və inamla bildirir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bəlkə indiyədək Azərbaycan dilində özünəməxsus missiyası olan nida işarəsi heç bir zaman belə qətiyyətli görünməyib. Çünki Qarabağ Azərbaycandır! hökmü ölkə rəhbərinin dilində israrla, qətiyyətlə, inamla təsdiq edilir!
Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev özünün qətiyyətli mövqeyini ortaya qoydu, xalqımız dəstəklədi, güclü siyasi iradəyə əsaslanan qüdrətli Azərbaycan Ordusu öz vəzifəsini uğurla yerinə yetirir. Möhtərəm Prezidentimiz İlham Əliyevə ünvanlanan çoxsaylı təbrik və minnətdarlıq məktublarında da bildirilir ki, Sizin uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində bu günlər cəbhədən şad xəbərlər alırıq. Bu xoş xəbərlər Sizin xalqımıza verdiyiniz vədlərə sadiqliyinizin bariz nümunəsidir. Azərbaycan xalqı Prezidentinə, Dövlətinə, Ordusuna güvənir. Hər bir Azərbaycan vətəndaşı silaha sarılıb işğal altında olan torpaqlarımızı azad etmək üçün səfərbər olmağa hazırdır. Torpaqlarımızın işğaldan azad olacağı, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır! Uzun illər bu qələbənin intizarı, həsrəti ilə yaşayan və öz ülvi arzusuna çatmaq ərəfəsində olan xalqımız xoşbəxtdir!
Bu gün doğma Azərbaycanımızın düşmənimizdə olmayan üç möhtəşəm, sarsılmaz silahı var: Dünyada apardığı ideoloji müharibədə ağlı, nadir, müdrik siyasəti, təkzibedilməz məntiqi, qətiyyəti, elmi, biliyi, təfəkkürü ilə zəfər qapılarını öz xalqının üzünə taybatay açan Prezidentimiz; ən müasir texnika ilə silahlanmış, dünyanın ən yeni təlimlərini keçmiş, damarlarında qeyrət, namus, təəssübkeşlik qanı axan əsgərlərimiz, zabitlərimiz; üçüncüsü isə Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış igidlər yetişdirən Azərbaycan anası!
Eşq olsun Azərbaycan dövlətinə! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə! Qələbə bizimlədir!
Xəbər lenti
Hamısına baxElanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11

