Eldar İbrahimov: Qələbəmizin baş memarı Azərbaycan Prezidenti İlham Əliyevdir
12.11.2020 [09:12]
“Şovinizm, faşizm, “erməniçilik” xəstəliyinə yoluxmuş mənfur qonşularımızın əsassız ərazi iddiaları, növbəti qəsbkarlıq niyyətləri üzündən 30 il öncə başlanmış Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Bu ilin noyabr ayının 9-dan 10-na keçən gecə sülhə məcburetmə ilə təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan torpaqlarının son 30 il ərzində davam edən işğalına son qoyuldu. Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı 9 bəndlik bəyanatla işğalçı Ermənistan sülhə məcbur edildi, təslim oldu”. Bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Eldar İbrahimov bildirib ki, Ermənistanın bitməyən fitnəkarlığı, xüsusilə sentyabrın 27-də etdiyi növbəti təxribatçı addımları nəticəsində bütün cəbhəboyu başladılmış əks-hücum əməliyyatları, İkinci Qarabağ savaşı cəmi 44 gündən sonra tarixi qələbəmizlə başa çatdı. 30 ildir davam edən qanlı münaqişəyə cəmi 44 günlük müharibə - Vətən müharibəsi ilə son, nöqtə qoyuldu. Onun sözlərinə görə, iki gündür artıq top, raket, silah səsləri gəlmir, kəndlərimiz, qəsəbələrimiz, rayon və şəhərlərimiz atəşə tutulmur, evlər dağılmır, insanlarımız, vətəndaşlarımız yaralanmır, xəsarət almır, həlak olmur. İki gündür insanlarımızın gözlərindən yalnız və yalnız sevinc, qələbə, zəfər göz yaşları axır, sevinc-sevincə qarışır, hamı qalib xalqın, qalib Vətənin övladları kimi, alnı açıq, başı dik gəzir, möhtəşəm qələbəni, zəfəri qeyd edirik.
E.İbrahimov ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin noyabrın 10-da Azərbaycan xalqına müraciətindən bəzi məqamları da xatırladıb: “Müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!. Bəli, yağı düşmən torpaqlarımızdan iti qovan kimi qovuldu, işğal sona yetirildi. İndi bundan böyük xoşbəxtlik, bundan böyük səadət, bundan böyük hadisə ola bilərmi? Əlbəttə ki, yox! Bütün bunlara görə, müzəffər Ali Baş Komandan, böyük sərkərdə İlham Heydər oğlu Əliyevə borcluyuq. Bunları bizlərə yaşadan məhz cənab Prezident, qəhrəman Ali Baş Komandan oldu. Bu qələbənin baş memarı məhz cənab İlham Əliyevdir”.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, dövlətimizin başçısının cəsarəti, qətiyyəti, tükənməz enerjisi və möhkəm iradəsi sayəsində Qarabağmızda, Cəbrayılımızda, Füzulimizdə, Zəngilanımızda, Qubadlımızda, qədim Şuşamızda, 300-ə yaxın kənd və qəsəbəmizdə, onlarla strateji yüksəkliklərimizdə müqəddəs üçrəngli bayrağımız dalğalanır. Noyabrın 10-da imzalanmış tarixi bəyanatla bu ayın 15-dək Kəlbəcər, onun ardınca isə dekabrın 1-dək isə Ağdam və Laçın rayonları qansız-qadasız işğaldan azad olunacaq, öz sahiblərinə qaytarılacaq. Şübhəsiz ki, bu prosesdə, qələbəmizin qazanılmasında qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin çox böyük əhəmiyyəti oldu. Bu fakt bir daha Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının əyani göstəricisidir.
“27 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Bu sevinci, qüruru bizlərə yaşatdığına görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, qəhrəman hərbçilərimizə minnətdarıq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik”, - deyə E.İbrahimov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

