İlqar İlyasov: Laçınlılar 28 illik həsrətin sona çatmasının sevincini yaşayırlar
04.12.2020 [09:14]
“44 günlük Vətən müharibəsi zamanı əldə edilən qələbənin nəticəsi olaraq 28 ildən çoxdur ki, düşmən tapdağında qalan Laçın rayonu da azad olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandanın dəmir iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində bu gün bütün Azərbaycan xalqı sevinc içindədir. Ona görə ki, Laçında bayrağımızın dalğalanması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Təbii ki, bu sevincdən Laçın sakinlərinə də böyük pay düşüb. Laçınlılar 28 illik həsrətin sona çatmasının sevincini yaşayırlar”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib.
Rayon təşkilatının sədrinin sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi şanlı zəfərin nəticəsi olaraq Laçının işğaldan azad edilməsini bütün laçınlılar xüsusi bayram əhval-ruhiyyəsində qeyd edirlər: “1 dekabrda Laçın rayon sakinlərinin daha sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə təntənəli tədbir keçirilib. Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Ulu Öndər Heydər Əliyevin büstünü, rayon şəhidlərinin xatirəsinə qəsəbə ərazisində ucaldılmış Xatirə Kompleksini ziyarət edən laçınlılar daha sonra yüksək əhval-ruhiyyə ilə dövlət bayraqları ilə bəzədilmiş park və küçələrdə bu əlamətdar günü qeyd ediblər”.
İ.İlyasov onu da əlavə edib ki, Ağdam, Kəlbəcər və Laçının döyüşsüz təhvil verilməsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı qələbənin nəticəsidir: “30 ilə yaxındır ki, işğal altında olan rayonlarımızın 44 gün müddətində düşmən tapdağından azad olunması, sonrakı 20 gündə işğal altında olan daha 3 rayonun qaytarılması ilə başa çatan Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Bu tarixi hadisəni onlara bəxş etdiyinə görə bütün laçınlılar Ali Baş Komandan İlham Əliyevə minnətdardırlar”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18

