Müşfiq Cəfərov: Azərbaycan tarixi qələbəyə imza atdı
04.12.2020 [09:15]
“Azərbaycan tarixi qələbəyə imza atdı. Dekabrın 1-i xalqımızın həyatında tarixi günlərdən biri kimi qalacaq. Çünki 28 ildən sonra Laçın rayonu erməni işğalından azad edildi”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov qeyd edib ki, 28 il öncə Laçının işğalı xalqımız üçün böyük faciə oldu: “1992-ci il xalqımızın tarixində ən ağır illərdən biri kimi yaddaşlarda qalır. Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə seçilən, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmağa başladı, demək olar ki, Şuşanın işğalı Laçının taleyini həll etdi. Bununla da Laçının işğalına yol açıldı”.
M.Cəfərov bildirib ki, Laçın işğal olunandan sonra sərvəti talan olunaraq Ermənistana daşındı, ermənilər mədəniyyət ocaqlarımızı, tarixi-memarlıq abidələrimizi dağıtdılar, o torpaqlardan izlərimizi silməyə çalışdılar. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, müxtəlifrəngli mərmər yataqları talan edildi.
Millət vəkilinin sözlərinə görə, Ermənistan işğalçı siyasətini davam etdirərək, Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməniəsilli qaçqınların məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olurdu.
“Amma öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyən şanlı Ordumuz və dövlətimiz dekabrın 1-də Laçının işğaldan azad edilməsi ilə Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan sərhədlərini və ərazi bütövlüyünü təmin etdi. Əlbəttə ki, bu tarixi qələbə 44 günlük Vətən müharibəsi sayəsində əldə edildi. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz bu müddət ərzində düşmən ordusunu darmadağın etdi. Buna görə də, düşmən Ağdam, Kəlbəcər, o cümlədən Laçın rayonunu qan tökülmədən geri qaytarmağa məcbur oldu. Artıq Azərbaycan-Ermənistan dövlət sərhədinin sonuncu santimetrinə kimi Azərbaycan əsgərləri post qurub, dayanıblar. Bu günlər tariximizə qızıl hərflərlə yazılacaq”, - deyə deputat qeyd edib.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

