/ / Gündüz Bayramov: Laçının işğaldan azad olunması xəbəri rayonumuzda da əsl bayram əhval-ruhiyyəsi ilə qarşılanıb
Gündüz Bayramov: Laçının işğaldan azad olunması xəbəri rayonumuzda da əsl bayram əhval-ruhiyyəsi ilə qarşılanıb
10.12.2020 [09:13]
“Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev qədim Azərbaycan torpağı, ən gözəl rayonlarımızdan biri olan, füsunkar təbiətə, zəngin mədəni irsə, tükənməz təbii ehtiyatlara malik Laçının işğaldan azad olunması münasibətilə bütün Azərbaycan xalqını, xüsusən də laçınlıları təbrik edib. Bu müraciətdən sonra bizim rayonda da əsl bayram əhval-ruhiyyəsi yaşanıb. İnsanlar bir-birinə gözaydınlığı verib, qələbə sevincini paylaşıblar”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib.
G.Bayramovun sözlərinə görə, Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycan Prezidenti, qalib sərkərdə İlham Əliyevin uzaqgörən, düşünülmüş, düzgün taktika və strategiyasının parlaq nəticəsinin təzahürü kimi qiymətləndirilməlidir: “Bu zəfər həm də şanlı Azərbaycan Ordusunun igid, qorxmaz, qəhrəman əsgər və zabitlərinin müqəddəs və doğma torpaqlarımız uğrunda yüksək hərbi peşəkarlıq və tükənməz Vətən sevgisi ilə son damla qanlarına qədər qəhrəmancasına vuruşmalarının əyani təzahürüdür. 1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən az sonra - həmin il mayın 18-də Laçın qaniçən düşmən tərəfindən işğal olundu. Nəticədə günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovuldu, Laçının tarixi abidələrinə, təbiətinə böyük ziyan vuruldu. Laçının işğalı hiyləgər və mənfur düşmənin öz çirkin məqsədlərinin tezliklə həyata keçirilməsinə geniş imkan yaratdı”.
Rayon təşkilatının sədri qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nüfuzlu beynəlxalq təşkilatların yüksək kürsülərindən Ermənistan dövləti və onu idarə edən kriminal liderləri barədə söylədikləri və dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə ermənilərin iç üzünü, əsl simasını açıb dünyaya göstərdi: “Ermənistanın əsas məqsədi onu dəstəkləyən ölkələrin hesabına yaşamaq və başqalarının qanuni ərazi və torpaqlarına sahib çıxmaqdır. Yaşasın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Azərbaycan Ordusu!”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19

