/ / YAP İcra Katibliyində “Heydər Əliyev-müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda videokonfrans keçirilib
YAP İcra Katibliyində “Heydər Əliyev-müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda videokonfrans keçirilib
12.12.2020 [00:24]
Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev-müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda videokonfrans keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, dekabrın 12-də Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Artıq 17-ci ildir ki, xalqımız Ulu Öndərimizin anım gününü qeyd edir, xatirəsini dərin ehtiramla yad edir: “Əvvəlki illərdən fərqli olaraq bu il anım günü tarixi dövrə təsadüf edir. Dekabrın 10-da möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Torpaqlarımızın, Qarabağın işğaldan azad olunması Ulu Öndərin ən böyük arzularından biri idi. O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük səylər göstərmişdi. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərdi. 1996-cı ildə ATƏT-in Lissabon Sammitində bu istiqamətdə ilk diplomatik uğur qazanıldı. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətlərini çatdırırdı. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirildi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyevin arzu etdiyi qələbə sevincini xalqa bəxş etmiş oldu. Bu zəfərin əldə olunmasının həlledici amili Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olub. Hərbi, diplomatik və informasiya müstəvisində müharibənin zəfərlə başa çatması istiqamətində görülən bütün işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. Bu da möhtəşəm Qələbəmiz ilə nəticələndi”.
Əli Əhmədov Azərbaycanın son yüz illik tarixində ən mühüm hadisələri dörd mərhələyə bölərək onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını, 1991-ci ildə müstəqilliyimizin bərpa olunmasını, Ulu Öndər Heydər Əliyev tərəfindən müstəqil Azərbaycan dövlətinin qurulmasını və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən qələbəmizi qeyd edib.
YAP Sədrinin müavini söyləyib ki, Heydər Əliyevin anım gününün qeyd edilməsi Azərbaycanda insanları birləşdirmək gücünə malik olan dövlətçilik ənənəsinə çevrilib. Onun həm doğum, həm də anım gününün insanlar tərəfindən böyük hörmət və ehtiramla qeyd edilməsi, əslində Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. Əli Əhmədov qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. Sovetlər dönəmində onun Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə əzəmətli sıçrayış və yeniləşmə illəri kimi daxil olub. Məhz Ulu Öndərin müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı.
“Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə büruzə verib. Azərbaycan xalqı əvəzsiz xidmətlərinə görə Ümummilli Lideri xilaskar adlandırmışdır və hesab edirəm ki, bu, tamamilə məntiqli və ədalətlidir. Heç şübhəsiz, Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xidməti sayılmalıdır və sayılır. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı.
Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı”, - deyə Əli Əhmədov vurğulayıb.
Baş nazirin müavini Əli Əhmədov daha sonra qeyd edib: “Bu gün istər ölkə daxilində, istər ölkədən kənarda hamı Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin memarı sayır. Qeyd olunmalı əsas məqam isə odur ki, Heydər Əliyev siyasəti ölkənin inkişafının, müasirləşməsinin və yeniləşməsinin əsasını təşkil edir. 2003-cü ildən bu günə qədər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm inkişafında bu siyasət həlledici rol oynayıb və oynamaqdadır. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilib. Azərbaycan inkişaf edir, yenilənir, müasirləşir. Son vaxtlar uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. Qarşıda böyük hədəflər dayanır. Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq”.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini Əli Həsənov Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb. O qeyd edib ki, Heydər Əliyevin zəngin irsi bundan sonra da dərindən öyrənilməli, bu irsin geniş tədqiq olunması üçün akademiya yaradılmalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biridir. O qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi elə bir tarixi şəxsiyyətdir ki, onun haqqında danışanda yalnız həyatı və fəaliyyəti barədə deyil, dövlət idarəçiliyində təmsil olunduğu və Azərbaycan xalqının mühüm tarixi dövrünü əhatə edən bütöv bir qərinədən bəhs etmək lazım gəlir. Ona görə ki, Heydər Əliyev bütün ömrünü mənsub olduğu xalqa, onun inkişafına, minilliklərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılmasına həsr edib.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, BDU-nun professoru Şahlar Əsgərov da Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib, Ümummilli Liderimizin aforizmlərindən nümunələr söyləyib.
YAP Gəncə şəhər təşkilatının könüllüsü, Dövlət Aqrar Universitetinin tələbəsi Peykər İbrahimova Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin uğurlarından bəhs edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

