Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qusar rayon təşkilatının nümayəndələri şəhid İlyas Niftəliyevin ailəsini ziyarət ediblər

YAP Qusar rayon təşkilatının nümayəndələri şəhid İlyas Niftəliyevin ailəsini ziyarət ediblər

20.04.2021 [08:45]

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının nümayəndələri Qusar rayonunun Bədirqala kəndində Vətən müharibəsinin şəhidi Niftəliyev İlyas Güloğlan oğlunun ailəsini ziyarət ediblər. Ziyarət şəhidin ad günündə baş tutub. Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Şəhidin atası şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Vətən müharibəsində Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə XTQ leytenantı, şəhid İlyas Niftəliyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31