Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Səbail rayon təşkilatı xüsusi qayğıya ehtiyacı olanlara qurban payı çatdırıb

YAP Səbail rayon təşkilatı xüsusi qayğıya ehtiyacı olanlara qurban payı çatdırıb

23.07.2021 [12:10]

Müqəddəs Qurban bayramı münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında şükür qurbanları kəsilərək xüsusi qayğıya ehtiyacı olan rayon sakinlərinə çatdırılıb. Müqəddəs Qurban bayramı münasibətilə YAP Səbail rayon təşkilatı hər il olduğu kimi, bu il də öz ənənəsinə sadiq qalıb və rayonun xüsusi qayğıya ehtiyacı olan sakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Rayon təşkilatında qurbanlar kəsilib və Səbail rayonu ərazisində 100 xüsusi qayğıya ehtiyacı olan ailəyə, o cümlədən Vətən müharibəsi şəhid və qazilərinin ailələrinə, "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Səbail rayon filialında və "Veteran Tankçılar" İctimai Birliyində qeydiyyatda olan Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, müharibə əlilləri və veteranlarına, Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələrə, əlil vətəndaşlara və tənha ahıllara, xəstələrə, kimsəsizlərə qurban payları çatdırılıb.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.

MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 668 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31