Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının X hesabat konfransı keçirilib
11.08.2021 [09:22]
Avqustun 10-da Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov hesabat məruzəsi ilə çıxış edib. Məzahir Bayramov qeyd edib ki, konfransın Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfərini və postmüharibə dövrünün reallıqları fonunda müstəqilliyimizin ən şərəfli tarixini yaşadığımız bir zamanda keçirilməsi hər birimizdə qürur hissi doğurur. Hesabat dövrü Azərbaycanın uğurlarında öz payı, rolu olan Yeni Azərbaycan Partiyası üçün çox əlamətdar hadisələrlə zəngin olub. Dövlətimizin inkişafına və möhkəmlənməsinə, Vətən müharibəsindəki tarixi Zəfərimizə töhfələr verən YAP VII qurultayından sonra yeni tarixi dövrə qədəm qoyub.
M.Bayramov bildirib ki, hesabat dövründə rayon təşkilatının sosial bazasının genişləndirilməsi üçün xeyli iş görülüb. Hesabat dövründə partiya sıralarına 788 nəfər yeni üzv qəbul olunaraq ümumi say 8000 nəfərə çatıb. Onların 4018 nəfəri qadınlar, 2881 nəfəri isə gənclərdir.
Sonra Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Niyazi Tağıyevin hesabatı dinlənilib.
Müzakirələr zamanı çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin üzvü Fazil Məhərrəmov, təşkilatın Gənclər Birliyinin sədr müavini Vüqar Əhmədov, rayon təşkilatının İdarə Heyətinin üzvü, Şəhriyar küçəsi ərazi ilk partiya təşkilatının sədri Paşa Muradov hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, milyonların partiyası olduğunu uğurları ilə təsdiqləyən YAP-ın gələcəyinə inam böyükdür.
Ə.Tağıyev vurğulayıb ki, bu gün bütün Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyasının hər bir üzvü dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusunun qazandığı Zəfərin sevincini yaşayır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü cənab İlham Əliyevin ətrafında sıx birləşərək, azad edilmiş torpaqlarda yeni həyatın bərpasına öz töhfələrini verməyə səy göstərir.
Partiyanın VII qurultayında qəbul olunan qərarların yeni çağırışlarla vəhdət təşkil etdiyini önə çəkən Ə.Tağıyev YAP Tovuz rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb və tövsiyələrini çatdırıb.
Konfransda YAP Tovuz rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

