/ / “Böyük Ermənistan” xülyası reallaşmasa da ermənilərin azərbaycanlılara qarşı soyqırımının vəhşəti və böyüklüyü ölçüyəgəlməzdir
“Böyük Ermənistan” xülyası reallaşmasa da ermənilərin azərbaycanlılara qarşı soyqırımının vəhşəti və böyüklüyü ölçüyəgəlməzdir
31.03.2022 [19:07]
Tarixin müxtəlif mərhələlərində erməni millətçilərinin soydaşlarımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımları, xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. 1918-ci ilin mart –aprel aylarında Bakı şəhərində və ətraf şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbristanlıqlar yerlə-yeksan edilmişdir. Hər gün daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlarla dinc əhalini kütləvi surətdə qətlə yetirmişlər. Konkret rəqəmlərlə desək, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Araşdırmalar göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb. Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Yüzlərlə tədqiqat faktı bu məzarlığın 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğunu sübuta yetirdi.
Və Ermənilərin xalqımıza qarşı törətdiyi bu faciələrə siyasi və hüquqi qiymət verilməsi, bu soyqırımının əsl qiymətini alması və bütün bu həqiqətlərin dünyayaçatdırılması üçün ulu öndər Heydər Əliyevin gördüyü işlər xalqa xidmətin ən böyük nümunəsi olaraq tariximizdə önəmli yer tutur. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında”Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bunun davamı olaraq bu həqiqətlərin unudulmaması və dünya ictimaiyyətinə çatdırılması,Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə möhtərəm Prezidentimiz cənab Ilham Əliyevin Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“ yaradıldı. Bu memorial kompleksin açılışı zamanı cənab İlham Əliyev bir daha bu faciənin böyüklüyünə və vəhşətinə diqqət çəkərəkdemişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir...” Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin törətdiyi cinayətlər bütün dünya tərəfindən pislənilməli, soyqırımı olaraq qəbul edilməli və Azərbaycan və dünyatarix elmində geniş şəkildə tədqiq edilməlidir.
Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində Zəfər çalaraq qazandığı Qələbə ilə tariximizin qanlı faciə qurbanlarının qisasını aldı. Biz inanırıq ki, haqq işimiz bundan sonra da davam edəcək və xalqımız vəhşi ermənilərdə qalmış qədim tarixi torpaqlarına qovuşacaqdır.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

