Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan və Qırğız xalqları bir-birinə sıx tellərlə bağlıdır

Azərbaycan və Qırğız xalqları bir-birinə sıx tellərlə bağlıdır

22.04.2022 [11:18]

        Hər iki xalq arasında münasibətlər məlum tarixi dövrü əhatə edir. Tariximizə nəzər salsaq görərik ki, hər iki xalq çar imperiyası və Sovetlər İttifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Həmin zamanda da onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başlayıb. Müstəqil siyasət yürüdən Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. İkitərəfli münasibətlərin genişlənməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Ulu Öndər Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü zamanı iki ölkə arasında münasibətləri möhkəmlətmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb.

        Ulu Öndər Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının Üçüncü Sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib və Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşüb. 1997-ci il aprelin 23-də Qırğızıstan prezidenti Əsgər Akayev Ulu Öndər Heydər Əliyevin dəvəti ilə Azərbaycana ilk rəsmi səfərini edib. 1998-ci il sentyabrın 7-8-də Bakıda keçirilən TRACECA proqramı çərçivəsində Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın işində Qırğızıstan Prezidenti Əsgər Akayev də iştirak edib. Konfransda "Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş" imzalanıb. Beləliklə, görüşlər, səfərlər çərçivəsində imzalanan sənədlər dövlətlərarası münasibətlərini inkişafına daha da təkan olmuşdur.

       Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunun davam etdirərək bu münasibətlərin daha da dərinləşməsinə böyük töhfələr verib. Qarşılıqlı səfərlər, imzalanan sənədlər bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub. Ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Bu münasibətlərin davamlılığı Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfərinində bir daha özünü göstərmiş oldu. Bu səfər Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilənin 25 illiyi və Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 29-cu ildönümündə baş tutub.

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov ilə geniş tərkibdə görüş zamanı "Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində münasibətlərimiz bu səviyyədə olmayıb" - deyə bildirib: "Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik". Səfər çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri nəzərdən keçirilib, investisiya layihələrinə dair bir çox məsələlər müzakirə edilib. "Biz Qırğızıstanda və Azərbaycanda həyata keçirilmiş layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparmışıq", - deyən Cənab Prezident bildirib ki, kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə etmişik: "Burada da böyük perspektivlər var. Yəni, məsələlərin əhatə dairəsi genişdir".

       Dövlətlərarası diplomatik münasibətlərin qurulmasından ötən müddətdə çox işlər görülmüş olsa da, hələ görülməli işlər də var. "Əminəm ki, həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr olacaq" – deyə Prezident bildirib. Qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələr arasında əmtəə dövriyyəsinin artırılması və s. bu əlaqələrin inkişafında rol oynayacaqdır. Azərbaycan və Qırğız respublikaları arasında münasibətlərin perspektivlərinə toxunan dövlət başçısı "Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq", - deyə bildirib: "Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.  Biz buna görə çox şadıq. Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq".

       Bu gün Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması xüsusi əhəmiyyəti ilə seçilir. "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə", "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum" dövlət başçıları tərəfindən imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında dövlətlərarası on sənədin imzalandığını qeyd edib. Mən onların arasında ikisini - Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim: "Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik".

       Artıq qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılması şəraiti vardır. Yaradılan dövlətlərarası Şura ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə töhfələr verəcəkdir. Səfər zamanı bir sıra sahələri əhatə edən sənədlər,  "Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum"u "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikası İctimai Teleradio Yayımları Korporasiyası arasında əməkdaşlıq haqqında Saziş"i , "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş"i "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum"u və digər sənədlər imzalanıb ki, bu da əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayacaq.

    Azərbaycan ilə Qırğızıstan arasında mədəni əlaqələr daha da genişlənmişdir. Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlar arasında əsl dostluq körpüləri mövcuddur. "Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir" – deyən Cənab Prezident qeyd edib ki, biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik: "Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaq. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31