“Təmiz Qaz” QSC-də YAP-ın ərazi partiya təşkilatı yaradılıb
27.04.2022 [15:50]
Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının “Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətində növbəti yeni ərazi partiya təşkilatı təsis edilib.
Aprelin 27-də keçirilmiş iclasda “Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Nərimanov rayon təşkilatının və “Təmiz Qaz” QSC-nin YAP-a üzv olan əməkdaşları iştirak ediblər.
“Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmov bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır. X. Hətəmov qeyd edib ki, yeni ərazi partiya təşkilatı vasitəsilə YAP-ın tədbirlərində və təşəbbüslərində fəal iştirak edəcək, birgə tədbirlər həyata keçiriləcəkdir.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yeni ərazi partiya təşkilatının üzvlərini təbrik edib və onların dövlətimizin daha da inkişafı naminə bir amal ətrafında birləşməyinin əhəmiyyətini vurğulayıb. S. Vəliyev qeyd edib ki, gənclər YAP-ın yarandığı ilk gündən onun qurucusu, Ulu Öndər Heydər Əliyevin və YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşiblər. Təşkilat sədri bildirib ki, YAP-ın Nərimanov rayon təşkilatının 110-dan çox ərazi partiya təşkilatı var və “Təmiz Qaz” QSC-də yaradılmış ərazi partiya təşkilatı da qurumun işinə öz töhfəsini verəcək, birgə tədbirlər həyata keçiriləcəkdir.
İclasda “Təmiz Qaz” QSC-nin baş məsləhətçisi Vaqif Cəfərov ərazi partiya təşkilatının sədri, “Təmiz Qaz” QSC-nin Nəqliyyat şöbəsinin rəhbərinin müavini Anar Abdullayev sədr müavini seçilib, birgə fəaliyyət istiqamətləri müzakirə olunub.
Bununla iclas öz işini başa vurub.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

