Strateji tərəfdaşlar: Azərbaycan və Litva
23.05.2022 [14:16]
18 may 2022-ci il tarixində Litvanın prezidenti cənab Gitanas Nauseda və xanımı Diana Nausedie Azərbaycana rəsmi səfərə gəlmişlər. Səfər çərçivəsində Litvanın prezidenti Gitanas Nauseda ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşü baş tutmuşdur. Hər iki ölkə başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Görüş zamanı Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının geniş müzakirəsi aparılmışdır. Ölkə başçısı İlham Əliyev Litvaya Azərbaycan-Avropa İttifaqı birgə əməkdaşlığını dəstəklədiyi üçün minnətdarlığını bildirib. Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər dinamik inkişaf etməkdədir. Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Azərbaycanla Litva arasında iqtisadi sahədə əlaqələr inkişaf edir. İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahəsində əməkdaşlıq mövcuddur.
Ölkəmiz 1991-ci ildə müstəqilli bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri bu günədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirmişdir. Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlbedici edən faktorlardır.
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İttifaqın 9 üzvü ilə ölkəmiz strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Avropa İttifaqı – Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.
7 noyabr 2006-cı il tarixində Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Anlaşma Memorandumunda 4 sahədə əməkdaşlığın həyata keçiriləcəyi – enerji sahəsində milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması; Azərbaycan və Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi; Enerjiyə qənaət və iqlim dəyişikliyi hədəfləri ilə əlaqədar enerji tələbatının müfəssəl idarəçilik siyasətinin hazırlanması; texniki əməkdaşlıq və təcrübə mübadiləsi adlı sahələr yer almışdır. Müstəqilliyin ilk vaxtlarında Avropa İttifaqı ilə münasibətlər “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (İNOGTE) və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir.
Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır və yeni sazişlə bağlı danışıqların hazırda son mərhələsi davam edir. Litva ilə də əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Bu gün iki ölkə arasında uğurla inkişaf edən əməkdaşlıq var. İnnovativ və yüksək texnoloji sektorlar üzərində çalışan Litva güclü istehsal sabit enerji mənbələrini tələb edən ölkədir.
Görüşdə Litvanın prezidenti cənab Gitanas Nauseda Azərbaycanın işgüzar dairələrini ölkəsinin ekosistemindən Avropa İttifaqı bazarına giriş nöqtə kimi istifadə etməyə çağırdı. Azərbaycan-Litva diplomatik münasibətləri Daha sonra isə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi oldu. İmzalanan sənədlər hər iki ölkənin bir-birinə daha da yaxınlaşmasına faydalı olacaq.
Nigar İMAMƏLİYEVA
AMEA Folklor İnstitutu YAP Yasamal rayon ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 İyun 22:12

Xəbər lenti
29 İyun 20:58

Gündəm
29 İyun 18:49

Xəbər lenti
29 İyun 18:06

Xəbər lenti
29 İyun 16:58

Dünya
29 İyun 16:54

İdman
29 İyun 15:57

Xəbər lenti
29 İyun 15:34

Xəbər lenti
29 İyun 15:02

Xəbər lenti
29 İyun 14:30

Siyasət
29 İyun 14:21

Siyasət
29 İyun 14:13

Xəbər lenti
29 İyun 14:12

Siyasət
29 İyun 14:10

Xəbər lenti
29 İyun 14:07

Dünya
29 İyun 13:53

Xəbər lenti
29 İyun 13:23

Xəbər lenti
29 İyun 13:17

Xəbər lenti
29 İyun 13:00

Xəbər lenti
29 İyun 12:30

Xəbər lenti
29 İyun 12:18

Xəbər lenti
29 İyun 11:49

Xəbər lenti
29 İyun 11:39

Xəbər lenti
29 İyun 11:36

Xəbər lenti
29 İyun 11:25

Dünya
29 İyun 11:13

Xəbər lenti
29 İyun 11:09

Xəbər lenti
29 İyun 11:05

Xəbər lenti
29 İyun 11:03

Turizm
29 İyun 10:44

Sosial
29 İyun 10:30

Xəbər lenti
29 İyun 10:25

Analitik
29 İyun 10:21

Xarici siyasət
29 İyun 10:17

Prezident bu gün
29 İyun 10:17

MEDİA
29 İyun 10:14

Siyasət
29 İyun 10:09

Xarici siyasət
29 İyun 10:06

Xəbər lenti
29 İyun 10:03

Siyasət
29 İyun 10:02

İqtisadiyyat
29 İyun 10:00

Siyasət
29 İyun 09:58

Siyasət
29 İyun 09:49

Turizm
29 İyun 09:46

Siyasət
29 İyun 09:40

Gündəm
29 İyun 09:32

Xəbər lenti
29 İyun 09:21

Xəbər lenti
29 İyun 09:10

Dünya
29 İyun 00:06

Xəbər lenti
28 İyun 20:10

Xəbər lenti
28 İyun 19:04

Xəbər lenti
28 İyun 19:02

Xəbər lenti
28 İyun 17:58

Xəbər lenti
28 İyun 17:55

Xəbər lenti
28 İyun 17:47

Xəbər lenti
28 İyun 17:41

Xəbər lenti
28 İyun 17:14

Xəbər lenti
28 İyun 17:12

Xəbər lenti
28 İyun 16:43

Gündəm
28 İyun 15:40

İdman
28 İyun 15:35

Xəbər lenti
28 İyun 15:10

Siyasət
28 İyun 14:44

Xəbər lenti
28 İyun 14:42

Xəbər lenti
28 İyun 13:41

Xəbər lenti
28 İyun 13:03

Xəbər lenti
28 İyun 12:52

Xəbər lenti
28 İyun 12:20

Xəbər lenti
28 İyun 12:10

Mədəniyyət
28 İyun 12:02
