Azərbaycan hökuməti üçün ən böyük sərvət bu ölkənin vətəndaşlarıdır
05.11.2010 [09:33]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə deputatlığa namizədi Əli Əhmədov dünən Nərimanov rayonunda yerləşən “Bakı Şərab-2” ATSC-də seçicilərlə görüş keçirib. Noyabrın 7-də Azərbaycanda növbəti parlament seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov məhz, 5 il əvvəl seçicilərin dəstəyi ilə millət vəkili seçildiyini xatırladıb. YAP Sədrinin müavini bu müddətdə həm qanunvericilik çərçivəsində parlamentdə fəaliyyət göstərdiyini, həm də seçicilərin problemləri ilə məşğul olduğunu qeyd edib. Onun sözlərinə görə, ötən beş il ərzində insanların müraciətləri diqqətlə araşdırılıb və qaldırılan problemlərin həlli istiqamətində tədbirlər görülüb: “ötən 5 il ərzində mənə göstərdiyiniz dəstəyi və etimadı doğrultmağa çalışmışam. İmkanım daxilində 19-cu dairə ərazisində yaşayan sakinlərin qaldırdıqları problemlərin həll olunmasına çalışmışam. Bu problemlərin əksəriyyətini həll edə bilmişik. Bu mənə göstərdiyiniz etimad qarşısında üzərimə götürdüyüm vəzifədir. Qarşıdan gələn seçkilərdə də mən YAP-ın namizədi olaraq iştirak edirəm. Əgər mənə yenidən etimad göstərsəniz, sizinlə bağlı olan problemlərin həll olunmasına bundan sonra da köməkliyimi göstərməyə çalışacam, insanların hüquqlarının qorunması istiqamətində fəaliyyətimi davam etdirəcəm”.
Deputatlığa namizəd ölkəmizin inkişafı ilə bağlı da seçicilərə ətraflı məlumat verib. Əli Əhmədovun sözlərinə görə, 2005-ci ildən indiyə qədər Azərbaycan böyük inkişaf yolu keçib. “Bu müddət ərzində ölkəmiz əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın dəyişməsi hər şeydən əvvəl, hər bir vətəndaşın yaşayışının və həyat tərzinin dəyişməsini, daha da yaxşılaşmasını nəzərdə tutur. 5 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, yüksəlib. ötən 5 il ərzində Azərbaycan iqtisadiyyatı iki dəfədən çox, dövlət büdcəsi beş dəfədən çox artıb. O yerdə ki, 5 il əvvəl problem hiss edirdinizsə, onların əksəriyyəti aradan qaldırılıb. İnsanların 5 il əvvəlki yaşayışı ilə indiki yaşayış səviyyəsi xeyli yaxşılaşıb. Azərbaycandakı bu inkişaf bütün dünyada etiraf olunur. ümumiyyətlə, görülən işlərin arxasında insan faktoru dayanır. İnsanın rifahının yaxşılaşdırılmasının yolu iqtisadiyyatın gücləndirilməsindən keçir. Ona görə də, Azərbaycan hökuməti bu istiqamətdə fəaliyyətini davam etdirir”.
YAP Sədrinin müavini qeyd edib ki, görülən işlərlə yanaşı, qarşıda duran vəzifələrin həlli də nəzərdə tutulur: “Görülən işlərin hamısı insanların rifahının yüksəlməsinə xidmət edir. Hökumət qarşıda duran məsələləri də tədricən həll etməkdədir. Bütün işləri dərhal həll etmək mümkün deyil. Yaxın tariximizə nəzər salsaq deyə bilərik ki, 10 il əvvəl sosial məsələlər ciddi idi, indi bu problemlərin çoxu həll olunub. Demək istəyirəm ki, hökumət ötən 5 il ərzində hər bir vətəndaşın həyatının yaxşılaşdırılmasından ötrü çox iş görüb. Səmimi şəkildə deyirəm ki, Azərbaycan hökuməti üçün bu ölkənin vətəndaşlarından yüksək sərvət yoxdur. Ona görə də, görülən işlərin hamısı insanların həyat şəraitinin daha da yüksəlməsinə xidmət edir”. Namizəd qeyd edib ki, iqtisadi inkişaf artdıqca əhalinin rifahı da yüksələcək və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində gələcəkdə iqtisadiyyatımız daha da gücləndiriləcək.
Başqa ölkələrdə baş verən problemləri, qanlı hadisələri xatırlayan YAP Sədrinin müavini Azərbaycanda sabitliyin təmin olduğunu da vurğulayıb. Təbii ki, Azərbaycan vətəndaşları bu sabitliyin, rahatlığın, əmin-amanlığın tərəfdarıdır.
Əli Əhmədovun sözlərinə görə, bəzi deputatlığa namizədlər seçicilərə mümkün olmayan vədlər verirlər: “Bəziləri iddia edirlər ki, əməkhaqlarını, təqaüdləri 3-4 dəfə artırmaq mümkündür. Bu, real deyil. çünki neft gəlirlərinin hamısı indi insanlara əməkhaqları, təqaüdlər halında paylansa, onda ölkəmizin gələcəyi üçün problemlər ola bilər. Bu fikirləri deyənlər 1990-cı illərin əvvəllərində hakimiyyətdə olublar. Onlar hakimiyyətə gələcəkləri təqdirdə yolları qızıldan edəcəklərini vəd etsələr də, əksinə bütün yolları dağıtdılar. Amma bu gün hökumətimiz Azərbaycanın gələcəyini düşünərək düzgün siyasət həyata keçirir. Heç bir seçkidə YAP vətəndaşların səsini qazanmaq naminə həyata keçirilməsi mümkün olmayan vədlər vermir. Biz fəaliyyətimizdə reallığı üstün tuturuq. Bu siyasət uğurludur, insanlara fayda verir və onlara xidmət edir. Bundan sonra da belə olacaq”.
“Bakı Şərab-2” ATSC-nin rəhbəri Rabil Hüseynov çıxışında bildirib ki, müəssisənin kollektivi parlament seçkilərində iştirak edəcək. O, müəssisənin vaxtilə Ulu öndər Heydər Əliyev tətərfindən yaradıldığını xatırladaraq, kollektivin hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiyini vurğulayıb: “Bu müəssisədə çalışanlar Nərimanov rayonu ərazisində yaşayırlar, Əli Əhmədovun seçicisidirlər. Biz Əli Əhmədovu yaxşı tanıyırıq və fəaliyyətinə yaxından bələdik. Heydər Əliyev siyasətinə sadiq olan bir şəxs kimi o, dövlət quruculuğu prosesində yaxından iştirak edib, bu gün isə ölkəmizin nüfuzlu siyasi xadimlərindən biri, həmçinin gözəl ziyalıdır. Ona görə də, biz 7 noyabrda məhz Əli müəllimə səs verəcəyik. Onu da bildirim ki, müəssisəmizdə çalışanların 95 faizi YAP-ın üzvləridirlər, çünki bu partiya dövlətçiliyimizə xalqımıza xidmət edir”.
Tədbirdə çıxış edən digər seçicilər də səsvermə günü YAP Sədrinin müavini Əli Əhmədova səs verəcəklərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42

