Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Ağalı kəndi 28 May - Müstəqillik Gününə verilmiş ən böyük töhfədir”

“Ağalı kəndi 28 May - Müstəqillik Gününə verilmiş ən böyük töhfədir”

31.05.2022 [10:26]

Heç şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyətinə ən layiqli siyasi və hüquqi qiyməti öncə Ulu Öndər Heydər Əliyev, daha sonra isə cənab Prezident İlham Əliyev vermişdir. Hər il olduğu kimi bu əlamətdar gün ərəfəsində də bir sıra tədbirlər keçirilmiş, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsi məqsədilə həyata keçirilən islahatlar və yeni konseptual inkişaf tendensiyaları nümayiş olunmuşdur. Yaxşı xatırlayıram ki, keçən il bu vaxtı cənab Prezident Ağdamda idi və o zaman Ağdam şəhərinin baş planı təsdiq olunmuşdur. Bu il də eyni tendensiya davam etməkdədir. Cənab Prezident İlham Əliyevin xüsusi günlərlə bağlı öz yanaşması vardır. Müzəffər Ali Baş Komandan belə günlərdə öz xalqına töhfələr verir. Bu il qədim Zəngəzur Mahalının Zəngilan rayonunda Ağalı kəndinin yenidənqurmadan sonra açılışında iştirakı dövlət başçısının əvəzolunmaz bayram hədiyyəsidir. Ağalı kəndinin sakinlərin ixtiyarına verilməsi Prezidentin 28 May - Müstəqillik Günü münasibəti ilə öz xalqına verdiyi ən böyük töhfədir.

Bir il, bir ay, bir gündən sonra Zəngilan rayonu Ağalı kəndi tikilib hazır vəziyyətə gətirildi. Özü də tarixdə heç vaxt regionumuzda bu qədər müasir, ağıllı kənd konsepsiyasında qurulmuş bir yaşayış məskəni olmamışdır. Bu, Prezident İlham Əliyevin dünyada ən müasir tendensiyaları birləşdirərək yaratdığı bir modeldir. Bir məsələni diqqətinizə çatdırım ki, Ağalı kəndində internetin sürəti ölkə üzrə müəyyən olunmuş internetin sürətindən qat-qat yuxarıdır. Bu kənddə bütün infrastruktura çıxış vardır. Orta məktəb, bağça, tibb ocağı, kəndin inzibati mərkəzi, bayraq meydanı, böyük market, aptek və sair buraya geriyə qayıdacaq əhaliyə ən yüksək həyat tərzini təmin etmək üçün bütün imkanları verməkdədir. İndi Ağalı sakinləri virtual bağlantılar vasitəsi ilə “ ASAN” və “DOST” xidmətlərinə birbaşa müraciət edərək cari problemlərini həll edə bilərlər. Eyni zamanda da yeni yaradılmış “salam doktor” milli virtual portalı vasitəsi ilə Ağalı sakinləri dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən həkimlərlə konsultasiya edərək tibbi baxışdan keçə biləcəklər. Bunlar hamısı dövlətimizin yenidənqurma və bərpa prosesinə verdiyi əhəmiyyətin göstəricisidir.

İntensiv kənd təsərrüfatı sahələrinin  inkişafı və becərilmiş məhsulun asan şəkildə bazara çıxarılması üçün kənddə hər bir vasitə olacaqdır. Bu da ölkənin müxtəlif ərazilərində məskunlaşmış Ağalı sakinlərinin öz doğma yurd-yuvalarına qayıdışını tezləşdirəcəkdir. Zəhmətkeş ağalılılar öz doğma evlərində xoşbəxt və firəvan yaşayacaqlar. Eyni zamanda yaxın gələcəkdə fəaliyyət göstərəcək Zəngəzur dəhlizinin üzərində yerləşən müasir kənd əlavə logistik imkanlar sayəsində yeni iş yerləri ilə də təmin  olunacaqdır. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Bunlar hamısı qayıdışın ilk yaşayış məntəqəsi olan Ağalı kəndində həyat standartlarını daha da yüksəltmiş olacaqdır.

İşğaldan azad olunan hər bir şəhərdə, yaşayış məntəqəsində zəfər və işğalla bağlı abidələrin, muzeylərin olması vacib məqamlardandır. Gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. Ağalı kəndində “Qələbə” konsepsiyalı abidənin ucadılması və orada başımıza gətirilən müsibətlərin, bərpa prosesinin və 44 günlük şanlı zəfərin öz əksini tapması yeni formalaşan nəsillərə ən böyük tarix dərsidir. Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın şəhidimizin xatirəsi Azərbaycan xalqı yaşadıqca yaşayacaqdır. Müzəffər Ali Baş Komandanın hər dəfə gəncliyə müraciətində tarixi faktları ifadə etməsi də gənclərin başımıza gətirilən müsibətləri unutmaması üçündür.

Ağalı sakinləri ilə görüş zamanı Prezident cənab İlham Əliyev bir çox regional və dünya miqyaslı məsələlərə aydınlıq gətirmiş oldu. III Brüssel danışıqları zamanı əldə edilmiş diplomatik uğurlarımızı bir daha sakinlərin diqqətinə çatdıran dövlət başçısı ifadə etmişdir ki, Ermənistan hər nə qədər də sülh prosesinə mane olmağa çalışsa da biz qalib və güclü tərəf kimi danışıqlar prosesinə diqtə edirik. Dövlət başçısının xüsusi vurğuladığı bir məqam da vardır ki, o da Azərbaycan tərəfindən irəli sürülmüş 5 fundamental prinsipin imzalanacaq sülh müqaviləsinin əsasını təşkil etməli olduğudur. Çünki biz beynəlxalq hüququn normalarını diqqətə alaraq bu baza prinsiplərini formalaşdırmışıq. Ərazi bütövlüyü tanınmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır. Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. Daxili auditoriyanı sakitləşdirmək üçün hər nə qədər qəbul etməmiş kimi görünsə də Ermənistanın başqa yolu qalmamışdır.

III Brüssel gündəliyi əsasında qəbul edilmiş növbəti addım sərhədlərin delimitasiyasıdır. Bildiyimiz kimi artıq komissiyalar yaradılıb və ilk görüş məhz sərhəddə keçirilmişdir. Bu məqamı cənab Prezident də yüksək qiymətləndirmişdir. Çünki sülh prosesi ilk növbədə ərazi bütövlüyünün tanınması və qarşılıqlı hörmət edilməsi hesabına ərsəyə gəlməlidir. Qarşılıqlı sülh müqaviləsi imzalandıqdan sonra ermənilərin Qarabağa heç bir iddiası ola bilməz. Qaldı ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı bir ərazi vahidi yoxdur. Qarabağ bölgəsi vardır. Onun əsasında da Azərbaycanda Qarabağ iqtisadi rayonu yaradılmışdır. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının heç bir əsası yox idi. Bu, qanunsuz bir addım idi. Xalqımız uzun illər bu yanlış addımın əziyyətini çəkmişdir. Bir daha analoji hadisələrin baş verməyinə izn verə bilmərik.

Keçmiş Dağlıq Qarabağ münaqişəsi bitmişdir. Beynəlxalq təşkilatların bəyanatlarında da bu məqam öz yerini tapmaqdadır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda  başqa xalqlarla yanaşı ermənilər də yaşayır və bundan sonra da Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Bir şərtlə ki, onlar vətəndaş olaraq öz hüquqlarını tələb etdikləri kimi, vəzifələrini də yerinə yetirsinlər. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Bu vacib məqamı artıq dünyanın aparıcı təşkilatları da anlamağa başlamışlar.

Doğrudur, Ermənistanın yeni bir tələb irəli sürəcək nə halı var, nə də taqəti. Lakin bəzi revanşistlərin “nə müharibə, nə sülh” tezisləri ermənilərin başını yamanca ağrıda bilər. Əgər onlar bizim torpaqlara əsassız iddialarında davam edərlərsə, o zaman bizim onlara qarşı əsaslı və tarixi gercəkliyi əks etdirən ciddi iddialarımız olacaqdır. Ermənistan əgər hər hansısa xüsusi tələb irəli sürərsə, bilməlidir ki, bizim də bir çox tələblərimiz ola bilər. Azərbaycan Qərbi Zəngəzura olan iddialarını yenidən dilə gətirə bilər. Biz Ermənistana qarşı ərazi iddiası ilə çıxış etmirik. Amma biz də analoji addımı ata bilərik. Qeyd etmək istərdim ki, qüdrətli Azərbaycanı öz iddialarından çəkindirmək mümkünsüz olacaqdır. Məhz bu səbəbləri və tarixi faktları nəzərə alaraq Ermənistan bilməlidir ki, müasir Azərbaycan nə 104 il bundan öncəki İrəvanı itirmiş Azərbaycan Xalq Cümhuriyyətidir, nə təyziqlərə tab gətirməyərək Zəngəzuru güzəştə gedən Azərbaycan SSR-dir, nə də 90-cı illərin əvvəlində Qarabağdakı müharibəni uduzan, öz xaos dövrünü yaşayan Azərbaycandır. Müasir Azərbaycan qüdrətli və güclü dövlətdir!

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov:

Paylaş:
Baxılıb: 89 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30