İlham Əliyevin ətrafında daha sıx birləşməli,milli birliyimizi möhkəmlətməliyik
31.05.2022 [10:36]
Dünyada gedən siyasi proseslər və kataklizmlər fonunda Azərbaycan həm iqtisadi gücünə, həm hərbi cəhətdən inkişaf tempinə, həm də daxili stabilliyinə görə təhlükəsizlik və sabitlik diyarına çevrilib. Bunu ölkədə aparılan quruculuq prosesi, işğaldan azad olmuş ərazilərdə görülən işlər, cəmiyyətimizin daxili və xarici siyasətə müsbət reaksiyası bir daha sübut edir. Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesləri ilə yaxından tanış olması, müvafiq göstərişlər verməsi, həm Azərbaycan cəmiyyətinə, həm də dünya ictimaiyyətinə ötürülən mesajlar Azərbaycanın müstəqillik yolunda inamlı addımlarını və qətiyyətini bir daha təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 27 may 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Bu layihə üzrə təməlqoyma mərasimi 2021-ci ilin aprelin 26-da keçirilmişdi. Prezident İlham Əliyevin azad olunmuş ərazilərin bərpası ilə bağlı özünəməxsus baxışı var. Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd” , “Ağıllı şəhər” konsepsiyaları asasında bərpa olunacaq.
Cənab Prezident açılış mərasimində çıxışı zamanı bir çox mühüm məsələlərə münasibət bildirmişdir. İlk növbədə qarşıdan gələn Müstəqillik Günü münasibəti ilə mərasim iştirakçılarını təbrik edın cənab Prezident bildirmişdir ki, Müstəqillik Günü ərəfəsində bu tədbirin keçirilməsinin böyük rəmzi mənası var. Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmləndirilməsindən aslı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir insan görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xöşbəxt yaşaması üçün əsas amildir. 104 il bundan əvvəl öz müstəqilliyinə qovuşan Azərbaycan mövcud olduğu iki il müddətində həm dövlətçilik ənənəsini bərpa etməli, həm ərazi bütövlüyünü təmin etməli, həm də dağılmış Rusiya imperiyasının caynağından xilas olmalı idi. Lakin, o dövrün siyasi reallıqları yenicə qurulmuş bir dövlətin bunları həyata keçirilməsinə ciddi əngəl törədirdi. Həm imperialist güclərin basqısı, həm də mənfur qonşuların torpaq iddiaları yenicə qurulmuş bir dövlətin inkişafına mane olurdu. Məcburiyyətdən öz tarixi ərazilərimizdən imtina edilməsi, qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsi bunun sübutu idi. Çünki yenicə qazanılmış müstəqillik kövrək idi. Bir neçə cəbhədə mübarizə aparmaq, reallıqlarla barışmamaq dövlətçiliyin məhvinə gətirib çıxara bilərdi. Daha sonra sovet hakimiyyəti Şərqi Zəngəzuru, Azərbaycanın tarixi ərazilərini Ermənistana verərək Azərbaycanın ərazi bütövlüyünə çox ciddi zərbə vurmuş oldu. Çünki o dövrlər ciddi ziddiyyətlər dövrü idi və Azərbaycan bu problemləri həll etmək gücündə deyildi. Bu gün isə reallıqlar dəyişib. 1993-cü ildən öz həqiqi müstəqilliyinə qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin böyük dühası, əzmi və nəhəng idarəçilik ideyaları əsasında inkişaf etməkdə, regionda ən güclü dövlətə çevrilməkdədir.
Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında qeyd etmişdir ki, “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur”. Təbii ki, beynəlxalq hüququn heç də həmişə obyektiv işləmədiyi indiki zamanda güc amili ön plandadır. Şərait göstərir ki, güc amili bundan sonra da dünyada hakim olacaq. Ona görə də əlavə güc toplamalı, daha güclü olmalıyıq. Həm hərbi qüdrətimizi, həm də iqtisadi gücümüzü daim artırmalıyıq. İqtisadi güc, hərbi qüdrət və milli birlik qüdrətli Azərbaycan deməkdir.Doğma Vətənimiz Azərbaycanı daha möhtəşəm, daha yenilməz etmək üçün onu bu səviyyəyə çatdıran Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməli,milli birliyimizi möhkəmlətməliyik.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatınınm sədri.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53

