Tarixi dövrün başlangıcı
14.07.2022 [12:51]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Bu gün Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbər təyin olunmasından 53 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoyan Ümummilli Lideri ehtiramla xatırlayır və müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxrlə qeyd olunur.
Əslində Heydər Əliyev hakimiyyətə gəldiyi elə ilk 1969-cu ildə stereotipləri sındırdı. Bakı Dövlət Universitetinin 50 illik yubley tədbirində respublika rəhbərinin öz ana dilində çıxışı Azərbaycanın ictimai-siyasi və mədəni mühitində görünməmiş bir hadisə idi və bu çox böyük bir rezonans doğurdu. Bununla da Azərbaycanda yeni bir dövrün yaranmasının əsası qoyuldu. Bu dövr milli şüurun, milli mənliyin və milli dərkin inkişafı üçün əlverişli mühitin yaradılmasını özündə ehtiva edən yeni bir dövrdür. Bu gün belə həmin nitqi nəzərdən keçirərkən Heydər Əliyevin Azərbaycan ali təhsilinin, elminin, mədəniyyətinin qarşısında duran çox mühüm vəzifələri nə qədər dərindən analiz etdiyini bir daha anlayırsan. Onun sonrakı illərdəki fəaliyyəti də davamlı oldu. Yaradıcı birliklərin ali tədbirlərində Heydər Əliyev ancaq ana dilimizdə çıxış edir, yaradıcı insanların üzərinə düşən vəzifələrdən danışır, onları mədəniyyətin, incəsənətin, ədəbiyyatının inkişafına rulandırır və stimullaşdırırdı. Həmin illərdə respublikada dünya mədəniyyətinin Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Səttar Bəhlulzadə, Rəsul Rza və Lətif Kərimov kimi korifeyləri səmərəli fəaliyyət göstərirdilər.
O, hakimiyyətdə olduğu birinci mərhələdə sözün həqiqi mənasında Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı. Aqrar ölkəni həmin dövrdə SSRİ məkanında inkişaf etmiş respublikalardan birinə çevirdi. Çoxsaylı sənaye müəssisələri yaradıldı, Bakıda yeni yaşayış massivləri inşa edildi, köhnə evlərdən insanlar çox yaxşı şəraiti olan evlərə köçürüldü. Azərbaycanın rayonlarında böyük bir inkişaf dövrü başladı. İnsanların həyat səviyyəsi yüksəldi, yaşayış səviyyəsi görünməmiş bir səviyyəyə qalxdı və xüsusi olaraq Azərbaycanda milli ruhun inkişafı üçün çox əlverişli imkanlar yaradıldı.
Həmin dövrdə Milli ruhda yazan və milli məsələləri önə çəkən yeni bir nəsil yazıçılar və şairlər meydana gəldi. Onlar eyni zamanda həm də siyasi publisistikanın fəal daşıyıcıları idilər. Həmçinin öz yaradıcılıqlarında Azərbaycanın vahidliyi və bütövlüyü ideyalarını yayan, ölkəmizin müstəqillik fikirlərini önə çəkən publisistlər idi. Ulu Öndərin 1970-80-ci illərin əvvəllərində səpmiş olduğu toxumlar 1980-ci illərin sonlarında Azərbaycanda erməni seperatizmi fonunda başlamış olan milli-azadlıq hərəkatında özünün bəhrəsini verdi. Məhz onun həmin dövrdə formalaşdırdığı mühitdə milli ruhda böyüyən insanlar azadlıq hərəkatının önündə oldular və xalqla bərabər hərəkatda iştirak etdilər. Heydər Əliyev həm də faktiki olaraq Azərbaycanı müstəqil dövrə hazırlayırdı. Çoxsaylı gənclər həmin zamanda ittifaqın ən yüksək ali məktəblərinə göndərildi. Həmin azərbaycanlılar təhsil alıb Vətənə qayıtdılar və müxtəlif sahələrin inkişafına öz töhfələrini verdilər.
Eyni zamanda yeni sənaye müəssisələrinin yaradılması ilə yanaşı həm də Azərbaycanda qoyulmuş olan yasaqlar aradan qaldırıldı. Azərbaycanlıların ali hərbi məktəblərə daxil olmasına qeyri-rəsmi qadağa var idi. Ona görə də bunu aradan qaldırmaq üçün Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Həmin liseyi bitirənlər yenə də Ulu Öndərin xüsusi qayğısı ilə ittifaqın ən yüksək hərbi ali məktəblərinə göndərilirdi. Bu gün generallarımızın, yüksək səviyyəli peşəkar zabitlərimizin içərisində həmin dövrün yetirmələri var. Heydər Əliyevin hakimiyyətinin birinci illərində həyata keçirdiyi tədbirlər heç şübhəsiz ki, Azərbaycanın müstəqillik dövründə özünün müstəsna əhəmiyyətini göstərdi.
Heydər Əliyevin bəyan etdiyi “Qoy ədalət zəfər çalsın” şüarı həmin günlərin mənəvi-psixoloji mühitini müəyyənləşdirirdi. SSRİ-də ilk dəfə məhz Azərbaycanda korrupsiyaya, mafiyaya, tayfabazlığa qarşı genişmiqyaslı müharibə elan edilmişdi. Bütün bunlar həyat tərzini, standart əxlaq, davranış qaydalarını, ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə dəyişdirdi. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür. Liderin taleyi və xarakteri sanki millətin taleyi və xarakterinə də sirayət etmişdi. Bu gün Heydər Əliyev ideyalarının layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir dövrün tələblərinə uyğun olaraq qürurlu və özünə inamlı bir millətin formalaşdırılmasına nail olub.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28

