Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müasir idarəetmənin tətbiqi bölgələrin dayanıqlı inkişafını təmin edəcək

Müasir idarəetmənin tətbiqi bölgələrin dayanıqlı inkişafını təmin edəcək

28.07.2022 [11:13]

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bu gün Azərbaycan inkişafın yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün bölgələrin sosial-iqtisadi inkişafı dövlət başçısı İlham Əliyevin diqqətindədir. İyulun 25-də Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən atılan addımların, qarşıya qoyulan hədəflərin, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda  bu çağırışı etdi ki,  ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi mövqeyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri: “İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.

Son 18 ildə regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət proqramı uğurla icra edilib və dördüncü sənədin icrası davam edir. Ölkəmizin hərtərəfli inkişafı həyata keçirilən siyasətin əsasını təşkil edir. Bunun üçün kompleks tədbirlər həyata keçirilir, ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramları təsdiqlənərək uğurla icra edilir. Regionların inkişafında  malik olduqları potensialdan səmərəli istifadəyə yol açan Dövlət proqramlarının icrasının uğurlu nəticələri göz qabağındadır. Bölgələrdə infrastrukturun yenilənməsinə, müasir tələblərə cavab verməsinə xüsusi diqqət göstərilir. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su, sosial infrastruktur layihələri icra olunur. Hər rayonda müasir xəstəxana, tibb ocaqları,  məktəblər inşa edilir. İnsanların rahat yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bu məqamı qeyd etmişdir ki, Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. İmkan daxilində bütün işləri görməklə insanların rifah halı yaxşılaşdırılır.

Yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Sahibkarlar  bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu çağırışı səsləndirir ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Buna əsas verən ölkə əhalisinin artmasıdır. Cənab İlham Əliyev qeyd edilən görüşdə bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki,  Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu,  tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.

Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri  budur ki, icra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir. Sağlam cəmiyyətdə ədalət hökm sürür.

Şəhid ailələrinə diqqət və qayğı daim prioritetdir. Dövlət başçısının görüşdə diqqət yönəltdiyi məsələlərdən biri məhz bu oldu. İkinci Qarabağ müharibəsindən əvvəl və  sonra şəhid ailələri daim dövlətin  diqqət mərkəzindədir. Cənab İlham Əliyevin şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşləri olur. Onların məişət problemləri dövlət tərəfindən  həll edilir.  Prezident İlham Əliyev görüşdə bu statistik rəqəmi də açıqladı ki, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər,  minlərlə minik maşını verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu işlər görüləcək.

Dövlət hər bir vətəndaşının yanındadır, onların qayğıları ilə maraqlanır, həlli istiqamətində mühüm addımlar atır. Dövlət başçısı İlham Əliyev bu tələbi qarşıya qoydu: “Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”.

Hər bir ölkənin inkişafında əsas amillərdən biri idarəetmədə  ciddi islahatların aparılmasıdır. Ölkəmizdə davamlı islahatlar həyata keçirilir. Kadr islahatları hədəflərə yüksək səviyyədə nail olmağa öz müsbət təsirini göstərir. Şəffaflığın təminatı, korrupsiyaya qarşı mübarizə bütün dövrlərdə aktuallığını qoruyur.  Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılır. Dövlət başçısı İlham Əliyev bir daha bu xəbərdarlığı etdi ki,  kiminsə tamahına,  şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Hər bir rayonda müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti bundan ibarətdir.

Paylaş:
Baxılıb: 71 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31