Ramil Orucov: Azad edilmiş torpaqlarımızda həyat əvvəlki axarına qayıdır
17.08.2022 [15:03]
Öz siyasi, hərbi gücü, dayanıqlı maliyyə vəziyyəti ilə dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycanda bölgələrin yüksəlişi davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti ölkədə qeyri-neft sektorunun davamlı yüksəlişinə, sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına təkan verib. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan dövlət Başçımız bölgələrə müntəzəm xarakter alan səfərləri zamanı təkmil konsepsiyanın icra vəziyyəti ilə şəxsən maraqlanır və ölkə ictimaiyyətini məlumatlandırır.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, vurğulayıb ki, Prezident cənab İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də bir sıra əhəmiyyətli məqamlara toxunub, regionların inkişafı naminə uğurla reallaşdırılan dövlət proqramlarından danışıb. Kənd təsərrüfatı istiqamətlərinin bölgənin gələcək inkişafını təmin edəcəyini qeyd edən ölkə Prezidenti cənab İlham Əliyev bildirib ki, kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Bildiyiniz kimi, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq: “Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizlənmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək”.
Qürurverici haldır ki, düşmən işğalından azad edilmiş, mina və partlamamış döyüş sursatlarından təmizlənmiş ərazilərin 50 min hektarında bu il taxıl əkilib və artıq, məhsul yığımı başa çatmaq üzrədir. Kənd təsərrüfatı üçün çox münbit şəraiti olan Kəlbəcər, Laçın və Zəngilan maldarlıq, arıçılıq üzrə Azərbaycanı idxalçı ölkəyə belə çevrirmək imkanına malikdir.
Ramil Orucov qeyd edib ki, 44 günlük Vətən müharibəsində şanlı zəfər çalan Azərbaycan regionda yeni reallıq yaradıb. Ölkə Prezidentimiz eyni zamanda bir daha Ermənistan rəhbərliyinə, regionda gedən proseslərə müdaxilə etmək istəyən qüvvələrə mühüm mesajlar verdi. Sülh və təhlükəsizliyə qənim kəsilən qüvvələri hərbi təxribatlara son qoymağa çağıran Ali Baş Komandan qətiyyətlə bildirib: “Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik”.
Bu gün dünyanın gözü qarşısında Laçında qanunsuz məskunlaşan, öz xislətindən, məkirli niyyətlərindən əl çəkməyən ermənilər ekoloji terror törədirlər, meşələri yandırırlar. 44 günlük Vətən müharibəsində onların başını əzən “dəmir yumruq” hələ də hazır vəziyyətdə olduğunu bildikləri üçün isə onlar əzəli, əbədi torpaqlarımızı tərk edirlər.
Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Qarabağ münaqişəsi artıq yoxdur. Azərbaycan sülh, əmin-amanlıq, əməkdaşlıq tərəfdarıdır, bölgədə daimi təhlükəsizliyi yaratmaq üçün qətiyyətli addımlar atır. Məhz, müstəqil dövlətimizin gücü, qüdrəti sayəsində Qarabağda, düşmən tapdağından azad edilmiş torpaqlarımızda həyat yenidən əvvəlki axarına qayıdır – deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.
Xəbər lenti
Hamısına baxHadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31

