Azərbaycan Ordusu dünyanın yüksək döyüş qabiliyyətinə malik ordularından biridir
19.09.2022 [10:01]
Cənubi Qafqazda sülhün təmin olunmasını, yeni regional və beynəlxalq kommunikasiyaların, nəqliyyat dəhlizlərinin yaradılmasını istəməyən Ermənistan törətdiyi hərbi təxribatlarla əsl niyyətini ortaya qoyur. Sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam etdiyi bir zamanda Ermənistanın törətdiyi təxribatlar onu deməyə əsas verir ki, bu ölkə xarici havadarlarına arxalanaraq öz çirkin əməllərindən əl çəkməyib. Ermənistanın təxribatlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması və sarsıdıcı zərbələr nəticəsində düşmənin geri oturdulmasından nəticə çıxarılacaqmı?
Məlum olduğu kimi, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsindən sonra Ermənistan rəhbərliyinə, revanşist qüvvələrə dəfələrlə xəbərdarlıq ünvanlayaraq onları təxribatlardan əl çəkməyə çağırıb. Bu xəbərdarlıqlar zamanı göstərilirdi ki, istənilən təxribata adekvat cavab veriləcək. Sonuncu təxribata qətiyyətli cavab bir daha göstərdi ki, qalib sərkərdə heç zaman əbəs yerə fikir söyləmir. Bu, sözü imzası qədər keçərli olan Prezident İlham Əliyev qətiyyətinin təcəssümü, həm də Ali Baş Komandanın formalaşdırdığı Azərbaycan Ordusunun gücünün göstəricisidir. Oda da həqiqətdir ki, iki il öncə Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi döyüş taktikası, müharibə modeli, unikal strategiya tətbiq edilib, pilotsuz uçuş aparatları (PUA) isə yeni müharibə formatının bünövrəsini qoyub.
Onu da qeyd etmək yerinə düşər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirilir. İkinci Qarabağ müharibəsi həm də Azərbaycan Ordusunun potensialını, nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. XXI əsrdə döyüş əməliyyatlarının aparılmasının yeni modeli ilə Azərbaycan bir daha göstərdi ki, 30 ilin hərb taktikası, hücum əməliyyatları artıq köhnəlib. Şanlı qələbəmizlə bitən müharibədə həyata keçirilən döyüş əməliyyatları zamanı müasir silahlardan - PUA-lardan, döyüş sursatından, yüksəkdəqiqlikli məhvetmə vasitələrindən genişmiqyaslı istifadə hazırda dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir. Yəni bir ordunun başqa bir ölkənin silahlı qüvvələri ilə döyüşdə yüksəkdəqiqlikli silahdan və hücum dronlarının istifadəsinin miqyası və intensivliyi dünya tarixində ilk idi. Hərbi mütəxəssislər deyirlər ki, indiyədək nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə ediblər. Azərbaycan PUA-larının hədəfi yalnız düşmənin hava hücumundan müdafiə qüvvələri, onun zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəsi idi. 30 il müddətində işğal edilmiş torpaqlarımızda müdafiə sistemləri quran Ermənistan ordusu bu yeni döyüş taktikası qarşısında aciz qaldı. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası, mənəvi döyüş ruhu, eyni zamanda ordumuzun texniki təchizatı da çox cəhətdən uğurumuz üçün real zəmin yaratdı.
Bu baxımdan, Vətən müharibəsi nəticəsindəbir daha sübut olundu ki, Azərbaycan Ordusu dünyada yüksək döyüş qabiliyyətinə malik ordulardan biridir. Ali Baş Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, zəfərimizin qazanılmasında müstəsna rol Azərbaycan əsgərinə məxsusdur. Müstəqillik dövründə böyüyən Azərbaycan gəncləri bu savaşda işğal altında olan torpaqlarımızı qanları, canları ilə geri qaytardılar. Sentyabrın 12-13-də Ermənistanın son təxribatı nəticəsində də şəhid olmuş əsgər və zabitlərimiz doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün canlarını qurban verdilər. Onlar qəhrəmanlıqları, igidlikləri və şücaətləri ilə bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər ki, Azərbaycan əsgəri istənilən döyüş tapşırığını reallaşdırmağa qadirdir.
Eyni zamanda, Prezident İlham Əliyev ordu quruculuğu sahəsində islahatlar aparmaqda davam edir. Ali Baş Komandanınorduya göstərdiyi diqqət və qayğı, onun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksəkliyi hər zaman prioritet olaraq qalır. İşğaldan azad edilmiş torpaqlarımızda yeni hərbi birləşmələr yaradılır və ən müasir hərbi texnikalarla təchiz edilir. Bütün hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülür. Hazırda dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda da var. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, hazırda Cənubi Qafqazın qüdrətli hərbi gücə malik olan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır.
Bununla belə, bu gün qarşıda dayanan əsas vəzifələrdən biri ordunun daha da gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, müasirləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Buna görə də dövlətimiz Silahlı Qüvvələrin daha da modernləşməsi, ən yüksəkdəqiqlikli hərbi silah-sursatların alınması prosesini davam etdirir. Bunu hər il dövlət büdcəsində müdafiə xərclərinin artırılması bir daha təsdiqləyir. Nəticədə ölkəmizin inkişaf etmiş hərbi sənaye kompleksi Azərbaycan Ordusunun qüdrətini daha da artırır. Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir.
Xüsusi olaraq vurğulayaq ki, son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir.
Vüqar İsayev,
Yeni azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 09:52
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41

