/ / Milli tariximizin Heydər Əliyev dövrü Azərbaycanın inkişafında keyfiyyətcə yeni bir eranın başlanğıcıdır
Milli tariximizin Heydər Əliyev dövrü Azərbaycanın inkişafında keyfiyyətcə yeni bir eranın başlanğıcıdır
04.10.2022 [12:03]
Azərbaycanın dahi oğlu Heydər Əliyev otuz ildən artıq bir dövrdə Vətənin, xalqın inkişafı naminə misilsiz xidmətlər göstərərək, yenicə müstəqillik qazanmış respublikanı parçalanmaqdan xilas etmişdir. Ulu Öndərin Azərbaycan xalqı və bütövlükdə Azərbaycan qarşısındakı böyük və danılmaz xidmətləri vardır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqımızın tarixinə əbədi daxil olmuşdur. Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Lakin şah əsərin yaradılması asan başa gəlməyib. Ulu Öndər hakimiyyətə qayıdan zaman Azərbaycan parçalanmaq ərəfəsində idi, ölkəmizin üzərində dövlətçiliyin itirilməsinin kabusları görünürdü. Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin və Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsinə nail oldu və Azərbaycan Respublikasının banisi kimi tarixdə öz layiqli yerini tutdu. Ulu Öndərin gərgin və çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmiz dünyanın uğurla inkişaf edən ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin ümummilli maraqlarını əsas götürərək, Azərbaycanın daxili və xarici siyasətini, özünün çoxşaxəli fəaliyyətini realizə etmişdir. Xalqımızın böyük oğlu dövlətçiliyimizin ən ağır günlərində, mürəkkəb siyasi şəraitdə qətiyyət və iradə göstərmişdir. Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Heydər Əliyev yolunun alternativi olmadığını başa düşmək istəmirdilər. Müstəqilliyin ilk illərində onlar böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, 20 Yanvar, Xocalı faciəsi baş verməz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.
Azərbaycan xalqının taleyində onun gələcək həyatını müəyyən edən günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək ölkəmizi sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. 1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Məhz bu seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Heydər Əliyev dövlət başçısı seçildikdən sonra ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızda ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuş, müstəqil dövlətimizin Konstitusiyası qəbul edilmiş, milli ideologiyamız qəbul olunmuşdur. Siyasi islahatlar aparılmağa başlamış, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmiş, iqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlanmışdır. Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, intelektual potensialı və şəxsi müdrüklüyü illərlə yığılıb qalan ciddi problemləri aradan qaldırmağa imkan yaratdı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Ulu Öndərin müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini yerinə yetirməklə yanaşı, Heydər Əliyev Dünya azərbaycanlılarının ağsaqqalı və lideri kimi fəaliyyət göstərirdi. O, həyatının mənasının müstəqil, demokratik, inkişaf etmiş Azərbaycanın tərəqqisində, yeni nailiyyətlərində görürdü. Milli tariximizin Heydər Əliyev dövrü Azərbaycanın inkişafında keyfiyyətcə yeni bir eranın başlanğıcıdır.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

