Vüsar İsmayılov: “Azərbaycan-Bolqarıstan arasında əlaqələr sağlam təməllər üzərində qurulub”
05.10.2022 [16:31]
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-dan oktyabrın 1-dək Bolqarıstan Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, paytaxt Sofiyada naməlum əsgərin məzarını ziyarət edib. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə təkbətək görüşdən sonra hər iki ölkə Prezidenti geniş tərkibdə görüşüb və mətbuata birgə bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxışı zamanı hazırkı dövrdə Avropa üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunub.
Prezident İlham Əliyevin Bolqarıstanda rəsmi səfəri zamanı çıxışları ilə əlaqədar açıqlama verən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə bu gün Azərbaycan digər Avropa ölkələri ilə olduğu kimi, Bolqarıstanla da iki dost və strateji tərəfdaş ölkələr olaraq sıx əlaqədədir. Ölkələrimiz arasındakı siyasi, iqtisadi əlaqələr davamlı olaraq inkişaf edir və bu gün əlaqələrimiz yeni mərhələyə qədəm qoyub: “7 il bundan öncə ölkəmizlə Bolqarıstan arasında Strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb və iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf etməyə, qarşılıqlı uğurlu əlaqələr müxtəlif sahələri əhatə etməyə başlayıb. Bu gün çoxşaxəli əlaqələrimiz qarşılıqlı maraq doğuran strateji tərəfdaşlığımızda yeni imkanlar açır. Siyasi və humanitar, ticari sahələri əhatə edən münasibətlərimiz dövlətlərimizin və xalqlarımızın maraqlarına xidmət edir. Dünyada hökm sürən gərginliyin və bir sıra dövlətlər arasında fikir ayrılıqlarının acı nəticələrinin fonunda Azərbaycan-Bolqarıstan əlaqələri və bir sıra məsələlərlə bağlı ortaq fikir birliyi ümumbəşəri və sivil dəyərlərə ən böyük töhfədir”.
Xüsusilə dünyada enerji təhlükəsizliyinin bütün dövrlərdə mühüm əhəmiyyət kəsb etdiyinə diqqət yönəltsək, enerji sahəsini əhatə edən ikitərəfli əlaqələrimizin faydaları əvəzsizdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verir və Avropa ölkələri ilə qurulan münasibətlər, qaz hasilatının artırılması gələcəkdə daha böyük faydaları təmin edəcək.
Rayon təşkilatının sədrinin fikrincə, nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti, əlbəttə ki, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq və strateji tərəfdaşlıq əlaqələrinin əhatəsini daha da genişləndirməklə gələcəkdə təmaslarımızın intensivləşməsinə şərait yaradacaq: “Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturunun qurulması bir sıra ölkələri təbii qazla təmin etməyə kömək edəcək. Bu yaxınlarda Avropa İttifaqı ilə imzalanan enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum məhz bu məqsədə xidmət edir. Çağdaş dövrümüzdə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) layihəsinin həyata keçirilməsi istər Azərbaycan, istərsə də Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki enerji təhlükəsizliyi və daxili tələbatın ödənilməsi hər bir ölkənin təhlükəsizliyinə birbaşa təsir edir. Bu səbəbdən Azərbaycanın Avropa üçün yaratdığı imkanlar və bu sahədə əməkdaşlığa hesablanan qarşılıqlı münasibət Avropa tərəfindən yüksək qiymətləndirilir”.
Ümid edirik ki, iki ölkə arasında sağlam təməllər üzərində qurulan əlaqələr iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın daha da dərinləşməsinə və gələcəkdə daha geniş sahələri əhatə edəcəyinə əsaslı zəmin yaradacaq.
Xəbər lenti
Hamısına baxElm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25

