Xocavənd rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
03.11.2022 [16:43]
Noyabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı tərəfindən partiyanın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, zaman hadisələrə düzgün dəyər vermək, mahiyyətini dərk etmək baxımından yaddaşdır: “Tarixə nəzər salanda ölkəmizin, xalqımızın necə ağır, çətin günlərdən keçdiyini görürük. Milyonların sevgisini qazanan, sıralarında 800 minə yaxın üzvü birləşdirən, nəinki ölkənin, bölgənin aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası 1992-ci ildə zamanın tələbi, xalqın istəyi ilə yarandı. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan məqsədyönlü fəaliyyət göstərərək ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük uğurlara imza atıb.
YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında qeyd edib ki, 30 il əvvəl 1992-ci il noyabrın 21-də respublikamızda çox əlamətdar ictimai-siyasi tarixi hadisə baş verdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə çox çətin, mürəkkəb tarixi bir şəraitdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın tarixində çox böyük bir hadisədir. Yeni Azərbaycan Partiyası partiya quruculuğunun mütərəqqi prinsiplərini hər zaman əsas tutub. Partiyanın idealı yeni, müstəqil Azərbaycan yaratmaq olub.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov deyib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası 30 illik zəngin və şərəfli inkişaf yolu keçib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında bildirib ki, Cənubi Qafqazın ən böyük partiyası olan YAP bu gün inkişaf edir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına nail oldu.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov çıxışında söyləyib ki, Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin yaradıcısı olması, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna uyğun daha da təkmilləşməsi, yeniləşməsi, tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, monolitliyi, dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayaraq yeni-yeni hədəflərə doğru inamla irəliləməsi dayanır.
Tədbirdə əməkdar müəllim, partiya fəalı Telli Alıyeva, Vətən müharibəsi qazisi Hafiz Mirzəliyev və partiya fəalı Günel Quliyeva da çıxış ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, 44 günlük Vətən müharibəsində iştirak etmiş bir qrup müharibə iştirakçısına medallar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

