Böyük Qələbə milli yaddaşın qızıl fondudur
05.11.2022 [11:25]
Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası işğal olunmuş ərazilərimizdən erməni qoşunlarının dərhal çıxarılmasına dair 4 Qətnamə qəbul eləsə də, illərdir ki, bu Qətnamələr icra olunmamış qalırdı. Beynəlxalq güclərin, böyük dövlətlərin təmsil olunduğu və münaqişənin danışıqlar yolu ilə həllinə vasitəçilik etmək məqsədi ilə yaranan Minsk qrupu və onun həmsədrləri əslində hər vasitə ilə status-kvonu qoruyub saxlamaqdan başqa heç nəyə nail ola bilmədilər. Azərbaycan hakimiyyətinin problemin sülh yolu ilə həlli üçün göstərmiş olduğu çabalar da təəsüf ki, qarşı tərəfdən dəyərləndirilmədi. Əksinə, özgələrin kölgəsində boylarını böyük görən mənfur düşmən daha da azğınlaşaraq bizi təhdid etməkdə davam etdi. Ermənistan rəhbərləri Azərbaycan əsgərinin və Azərbaycan xalqının heysiyyətinə toxuna biləcək ifadə və hərəkətlərdən çəkinmədi. Təbii ki, bu mümkün olan hal deyildi. Odur ki, sülh danışıqlarını davam etdirməklə yanaşı problemin lazım gələrsə, hərbi müstəvidə həllinə də səylə hazırlıq gedirdi. Birbaşa ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin daimi şəxsi nəzarəti altında ordu quruculuğuna xüsusi diqqət verilir, ildən-ilə hərbi xərclər artırılır, şəhid və qazi ailələri daim dövlətin qayğı və diqqət mərkəzində saxlanır, əsgər və zabitlərin, hərbi qulluqçuların sosial problemlərinin həlli istiqamətində xüsusi dövlət proqramları həyata keçirilirdi. Əsgərlərimizin döyüş hazırlığı, ordunun müasir silahlarla təchizatı, yeni növ silahlardan istifadə vərdişləri və peşəkarlığı da bilavasitə cənab Ali Baş Komandanın nəzarəti altında gücləndirilirdi.
Nəhayət, 27 sentyabr 2020-ci il tarixdə, Ermənistan ordusunun 2016-cı ilin aprelində Qarabağda itirilmiş torpaqları, Lələtəpə, eləcə də, digər əraziləri geri qaytarmaq məqsədi ilə ağır artilleriyanın, uzaq vuran topların gücündən istifadə edərək geniş miqyaslı hərbi əməliyyatlara başlamaları Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün son və həlledici döyüşə başlaması ilə nəticələndi. Rəşadətli Azərbaycan Ordusu düşmənin növbəti xaincəsinə hücumunu dəf etmək üçün dərhal əks-hücum əməliyyatına başladı. Azərbaycan Prezidenti, Ali Baş Komandan xalqa müraciət edərək xaincəsinə hücum və Azərbaycan Ordusunun başlamış olduğu sülhə məcburetmə əməliyyatı barədə məlumat verdi. O, yumruğunu dəmir kimi düyünləyərək Ordumuzun, əsgərlərimizin düşmənə həddini bildirəcəyini, xain düşməni əzəli və əbədi torpaqlarımızdan «iti qovan kimi qovacağını» bildirdi. Cənab Prezident qətiyyətlə «Qarabağ Azərbaycandır!» dedi. Müharibə xəbəri adətən, insanlarda daha çox qorxu, çaşqınlıq, dərd, qayğı yaradar. Bu dəfə isə tam əksi oldu. Xalq Qarabağda müharibənin başlanması xəbərini sevinclə, coşquyla, yüksək əzmkarlıqla qarşıladı. Müzəffər Ali Baş Komandanın xalqa müraciətindəki qətiyyəti, ordumuza inamı gördü və rəhbərinə daha artıq, inandı. İnandı ki, bu dəmir yumruq torpaqlarımızı azad etmək əzmindədir. İnandı ki, onun dəmir yumruğu ərazilərimizi bütövləşdirmək, düşməni öz yerində oturtmaq, üstümüzdə olan məğlubiyyət ləkəsini təmizləmək üçün düyünlənib. Beləliklə, qısa bir zaman kəsiyində xalq bir yumruğa döndü. Prezident xalq – xalq Prezident tondemi yarandı. Xalq bütövlükdə bir ordu oldu. 27 sentyabr 2020-ci il tarixdə başlayan və 44 gün davam edən bu müharibə bəlkə də, dünya hərb tarixində yeganə müharibədir ki, bir nəfər də olsun belə fərarisi olmadı. On milyon əhalidən döyüşə getmirəm, deyən olmadı. Hər kəs ön cəbhədə, düşmənlə üz-üzə durub mərdi-mərdanə döyüşə can atdı.
Aparılan düzgün siyasət nəticəsində Azərbaycanın bu gün regionun iqtisadi cəhətdən ən qüdrətli ölkəsi olduğu heç kimdə mübahisə yaratmır. 44 günlük müharibə isə, artan iqtsadi gücün hərbi qüdrətə çevrilməsinin nə demək olduğunu bütün dünyaya sübut etdi. Son dövrlərin hərbi hesabatlarında Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında yer alması əleyhidarlarımızın, bizi istəməyənlərin ironiya ilə qarşılamalarını başa düşmək olar, çünki 90-cı illərin acı məğlubiyyətləri, torpaqlarımızın ard-arda işğal olunması ordumuzun gücü haqqında şübhələrə əsas verə bilərdi. Müdriklər əbəs yerə deməyiblər ki, siyasətin açarı iqtisadiyyatın cibindədir. Güclü iqtisadiyyat elə güclü siyasət deməkdir. Azərbaycan hakimiyyəti çox gözəl bilirdi ki, ölkənin hərbi gücünün artması müstəqil dövlətin siyasi qüdrətinin güclənməsi deməkdir. Elə buna görə də hərbi sahəyə qoyulan xərclər, silahlanmaya sərf edilən məsrəflər həmişə diqqət mərkəzində olub. Ən müasir silahların ordumuzun balansına daxil olması, aparılan 44 günlük müharibənin böyük qələbə ilə başa çatması Allahın möcüzəsi nəticəsində baş vermədi. Orduya, ordu quruculuğuna olan diqqətin nəticəsi, əsgərlərimizin şücaəti, əzmkarlığı, düzgün idarəetmə, qətiyyətli qərarlar nəticəsində mümkün oldu. Düşmən rəşadətli ordumuza müqavimət göstərməkdə davam edirdi, lakin relyefi təbii istehkam olan, əlçatmaz, ünyetməz dağların zirvəsində məskən salan Şuşa şəhərinin qəhrəman əsgərlərimizin gücü ilə işğaldan azad edilməsi düşmənin belini qırdı, müqavimət gücünü sarsıtdı, onu diz çökməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Beləliklə, 27 sentyabr 2020-ci ildə başlanan Zəfər yürüşümüz 10 noyabrda tarixi Qələbə ilə başa çatdı. Yolumuz Zəfər, adımız Müzəffər xalq olaraq tarixə yazıldı...
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

