Zəfər paradı xalqımızın qələbəsinin təntənəli göstərişi idi
06.12.2022 [15:34]
2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərimizdə başladığı təxribatlara cavab olaraq ordumuzun əks-hücum əməliyyatları tarixi zəfərimizlə başa çatdı. 44 gün ərzində davam edən, tariximizin şanlı səhifəsinə Vətən müharibəsi və “Dəmir yumruq” hərbi əməliyyatı adları ilə daxil olan haqq mücadiləmiz torpaqlarımızın azadlığı ilə nəticələndi. 30 ilə yaxın erməni təcavüzkarlarının işğalına, etniktəmizləmə, vandalizm əməllərinə məruz qalan ata-baba yurdumuz əsarətdən xilas edildi. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun şücaəti və gücü sayəsində Azərbaycan tarixi qələbəsinə imza atdı. Dövlət-xalq-ordu birliyinin, həmrəyliyinin, eləcə də qətiyyətinin nəticəsində bütün dünya Azərbaycanın mübarizliyinin bir daha şahidi oldu.
Dövlətimizin başçısı ən ali tribunalardan dəfələrlə bəyan edirdi ki, Azərbaycan tarixi torpaqlarını heç bir digər dövlətə güzəştə getməyəcək və bizim ərazi bütövlüyümüz aparılan sülh danışıqlarında müzakirə mövzusu deyil. Vətən müharibəsindəki məğrurluğumuz, cəsarətimiz və qələbəmiz deyilənləri bir daha sübut etdi. Budur tarixi və beynəlxalq ədalətin təmin edildiyi, işğalçı, təcavüzkar Ermənistanın ağır məğlubiyyətə uğradıldığı bu zəfər xalqımızın Vətən, torpaq həsrətinə son qoydu, soydaşlarımızın yarasına məlhəm oldu. Bu qələbəmizin qazanılmasında siyasi və diplomatik dəstəyini bizdən əsirgəməyən dost, qardaş ölkələrə və xalqlara minnətdarlıq borcumuz var. Öncə qardaş Türkiyə dövlətinə və türk xalqına haqqın, ədalətin yanında olduqları üçün təşəkkürümüzü bildiririk. Xüsusilə vurğulamaq lazımdır ki, Vətən müharibəsi zamanı və postmüharibə dövründə mənəvi dəstək çox böyük əhəmiyyət kəsb edirdi. Bu baxımdan dövlətimiz və xalqımız bu dəstəyi yüksək qiymətləndirir. Tarixin bütün dövrlərində, kədərli və sevincli günlərimizlə biz birgə addımlamış, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının reallıqda şahidi olmuşuq. Hər iki dövlətin bir-birinə dəstəyi və münasibəti adekvat olub, heç bir üçüncü dövlət və ya qüvvə bu əlaqələrə xələl gətirə bilməyib. Bu niyyətdə, istəkdə olanların arzuları hər zaman fiaskoya uğrayıb.
2002-ci ilin 10 dekabr tarixində Bakının Azadlıq meydanında təşkil edilən, Vətən müharibəsində qələbəmizə, Azərbaycan-Türkiyə qardaşlığına,dostluğuna həsr olunmuş Zəfər paradımız da bu birliyimizin, qarşılıqlı inam və sevginin təntənəli təzahürü və göstərişi idi. Azərbaycan Ordusunun qəhrəmanlığına, müdafiə sənayesi sahəsində əldə etdiyimiz uğurlara, hərbi arsenalımızda mövcud olan silah-sursat və texnikaların nümayişinə, müharibənin gedişində düşmən ordusundan ələ keçirilən qənimətlərin göstərilməsinə həsr olunmuş Zəfər paradımız, hər birimizə sonsuz qürur və xoşbəxtlik bəxş etdi. Bu Zəfər paradı dostlarımıza sevinc, düşmənlərimizə göz dağı oldu. Bu zəfər Azərbaycanın haqqı olduğu qələbəsini qazanmasının, tarixi torpaqlarını azad etməsinin bir nəticəsi idi. Bu zəfərimiz dövlətimizin və xalqımızın tarixində əbədi qalacaq, bütün xalqımız, gələcək nəsillər bu qələbə ilə daim qürur duyacaq, fəxr edəcək, başı dik, alnı açıq, məğrur və qalib xalq kimi xatırlanacaq.
Biz bu gün də qardaş Türkiyə dövləti ilə birgə adımlayırıq. Qarabağda həyata keçirilən abadlıq-quruculuq, yenidənqurma işlərində Türkiyə dövləti və şirkətləri bizim yanımızdadır. Tez bir zamanda işğaldan azad edilmiş tarixi torpaqlarımız yenidən inşa ediləcək, dirçələcək, daha da müasir formada öz əvvəlki görkəminə qayıdacaq. Bütün dünya Ermənistanın dağıdıcı, terroçu, vandalizm əməllərinin nəticələrinə şahid olduğu kimi, Azərbaycanın da gerçəkləşdirdiyi infrastruktur layihələri çərçivəsində ümumbəşəri dəyərlərə həssas münasibətinin şahidi olacaq.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

