Dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuş əlaqələr
26.12.2022 [15:39]
Hazırda müstəqil Respublikamızın dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli mənafelərə əsaslanan xətlə uğurla inkişaf etdirilir. Ölkəmizin bölgədə və dünyada yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də dost Serbiyadır.
Bu il dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşü keçirildi. Görüş başa çatdıqdan sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış etdilər.
Möhtərəm Prezidentimiz bəyanatında bildirdi ki, Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya həm şəhərsalma sahəsində, iqtisadi və sənaye inkişafında, həmçinin, kənd təsərrüfatı sahəsində hərtərəfli inkişaf edir. Bu da ölkələrimizin gələcək əməkdaşlığ üçün yeni imkanlar yaradır. Serbiya və Azərbaycan öz resurslarına arxalanan, bir-biri ilə sıx əlaqədə olan müstəqil siyasət aparan ölkələrdir.
Strateji tərəfdaşlığa dair sənədlər imzalayan ölkələrimiz hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişdir və bu siyasət dəyişməz olaraq qalır. Hər iki dövlət beynəlxalq hüququn tərəfdarıdır və əminik ki, ölkələrimiz arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Prezidentimiz Serbiya ilə mövcud strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərindən istifadə edərək, ümidvar olduğunu bildirdi ki, bütün sahələrdə, ilk növbədə ticarət sahəsində, böyük potensialı olan nəqliyyat-logistika sahəsində uğurlar əldə olunacaqdır. Çünki Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir.
Təbii ki, əməkdaşlığımızın bir hissəsi olan energetika sektoru son vaxtlar daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə ixrac edilir. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün geniş imkanlar vardır və müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.
Prezidentimiz onu da bildirmişdir ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və ölkələrimiz bu sahədə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəkdir.
Bir sözlə, ikitərəfli əlaqələrə bir daha nəzər salarkən görürük ki, bütün sahələrdə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Əminik ki, ölkələrimiz gələcəkdə də bu dostluq və qardaşlıq münasibətlərini uğurla davam etdirəcəkdir. Mövcud ikitərəfli əlaqələr buna böyük zəmin yaradır. Həm qarşılıqlı səfərlər, eyni zamanda nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi böyük uğurlardan xəbər verir. Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir.Bu sahədə də hər iki ölkədə lazımi potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir. Bütün bunlar dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuş Serbiya-Azərbaycan əlaqələrinin xoş gələcəyindən xəbər verir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

