Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Prezidentin media mənsubları üçün əlçatan olması demokratiyanın təzahürüdür

Prezidentin media mənsubları üçün əlçatan olması demokratiyanın təzahürüdür

12.01.2023 [12:55]

Hər bir siyasətçinin öz dəsti-xətti olur. Bu tərzi onun idarəetmə üslubu və dövlətçilik ənənələri formalaşdırır. Prezident cənab İlham Əliyevin hansı siyasi irsin daşıyıcısı olması haqqında hər birimizin geniş məlumatı vardır. Ulu Öndər Heydər Əliyevin media mənsublarına və jurnalistlərə olan dost münasibəti bütün xalqımıza məlumdur. Ümummilli Lider bəlkə də müasir tariximizdə ilk dövlət başçısı idi ki, jurnalistlərlə səmimi zarafatlar edir, onların özlərini rahat hiss etmələrinə zəmin yaradırdı. Bu gün həmin tendensiya davam etməkdədir. Dövlət başçısı cənab İlham Əliyevin istər sosial media, istər yazılı, istərsə də vizual media orqanları ilə yaxın münasibəti, dövlət başçısı kimi əlçatan olması böyük əhəmiyyətə malik demokratik əlamətlərin təzahürüdür. Vaxtaşırı müsahibələr verməsi, xalqa müraciətlər etməsi, hər hansı məsələ ilə bağlı sosial şəbəkələr vasitəsi ilə öz fikirlərini açıq bildirməsi onu başqa liderlərdən kəskin surətdə fərqləndirən əlamətlərdəndir.

Artıq bu bir ənənədir ki, yeni ilin əvvəlində yerli media orqanlarının nümayəndələri ilə Prezidentin görüşü olur və səmimi mühitdə keçən müzakirələrdə istənilən sualı ünvanlamaq sərbəstdir. Belə fürsəti yaxşı dəyərləndirən jurnalistlərin bütün sferalardan olan suallarını səmimi şəkildə cavablandıran Prezident öz mövqeyini ifadə edir. Bu il də eyni vəziyyətin şahidi olduq. Müsahibəyə baxdıqdan sonra ilk təəssüratım ondan ibarətdir ki, dünyada baş verən pessimist yanaşmalara rəğmən ölkəmizdə praqmatik və dinamik inkişaf meyilləri açıq görünməkdədir.

Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatından kənarda deyil. Dünyada baş verən hadisələr, müharibələr, kataklizmalar, qiymət artımları əlbəttə, ölkəmizdə də hiss olunmaqdadır. Bu gün ən inkişaf etmiş ölkələrdə belə inflyasiya müşahidə olunur. Belə olan təqdirdə Azərbaycanda əhalinin daha az fəsadla iqtisadi gərginlikdən çıxması üçün ciddi sosial paketlər icra olunur. Məhz minimum əmək haqlarının 15 faiz artırılması da buna xidmət edir. Dövlət başçısı özü də ifadə etmişdir ki, əlbəttə, bu rəqəm son hədd deyildir. Nəzərə alsaq ki, bu, minimum həddir və orta əmək haqqı 900 manata çatır, o zaman son illər ərzində sosial paketlərin icrasının əhəmiyyətini görmüş olarıq. Prezidentin ifadə etdiyi rəqəmlər arasında ÜDM və xarici borcla bağlı faktlar da onu deməyə əsas verir ki, ağır müharibədən və çətin pandemiya dönəmindən çıxmış ölkəmizdə iqtisadiyyat güclü inkişaf edir. Cənab Prezident iqtiadiyyat və sosial sahənin paralel inkişaf etdiyini vurğulayaraq Azərbaycanın sosial dövlət olduğunu bir daha dilə gətirmişdir. Həqiqətən də vətəndaşmərkəzli siyasət yürüdən ölkəmiz əhalinin inkişafını hər zaman diqqətdə saxlayır.

Prezident cənab İlham Əliyev dəfələrlə bildirib, bu dəfə də açıq ifadə etdi ki, bərpa prosesinə heç kim bir manat da olsun yardım etmir. Amma gəlin baxaq, görək, bu həmişə beləmi olur?! Hələ Rusiya-Ukrayna müharibəsi davam edir. Lakin artıq bərpa prosesi ilə bağlı layihələr açıqlanır, yardımlar edilir. Həmişə də belə olub. Müharibə Azərbaycan ərazilərində olub və bizə maddi, mənəvi, psixoloji yardımlar edilməlidir. Lakin nədənsə, növbə bizə gələndə bütün qlobal dəyərlər unudulur. Məhz bu səbəbdən biz vahid və güclü xalq kimi birləşərək milli maraqlar naminə mübarizəyə davam etməliyik. Bütün təyziqlərə və bizə qarşı ikili münasibətlərə rəğmən bərpa prosesi sürətlə davam edir və bu il Laçın rayonuna artıq insanlar qayıdacaqlar. Məcburi köçkünlərin həyatlarından bəhs edərkən, onların çətinlərindən danışarkən möhtərəm Prezident hər zaman kövrəlir. Bu da onun humanist yanaşmasının təzahürü, vətənpərvərliyinin açıq ifadəsi kimi qiymətləndirilməlidir.

Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, dünya okeanına birbaşa çıxışı olmasa da nəqliyyat mərkəzinə çevrilib. İndi dünyanın iki uzaq qütbünü, qərblə şərqi, istehsalla istehlakı birləşdirən yol - orta dəhliz məhz Azərbaycandan keçir. İndi bütün nəqliyyat infrastrukturu yenidən qurulur. Çünki Prezidentin də qeyd etdiyi kimi ehtimal olunan malların miqdarı kifayət qədər böyükdür. Azərbaycan eyni zamanda da enerji ölkəsi, enerji ixrac edən və tranzit ölkə kimi öz nəqliyyat şəbəkəsini buna uyğunlaşdırır. Sirr deyil ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropada Azərbaycan enerjisinə xüsusi tələbat formalaşmış və Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı artmışdır. Avropada yaranmış müharibə vəziyyəti hətta Rusiyanın özü üçün belə Zəngəzur dəhlizini böyük əhəmiyyətli predmetə çevirmişdir. Məhduyyətlərin fonunda dünyanın iki zidd qütbü arasında əlaqələndirici rolu oynamağı Azərbaycan hesab edirəm ki, böyük məharətlə bacarır. İndi Avropanın ən hörmət edilən beyin mərkəzləri Azərbaycanda olan inkişafı və baş verən hadisələri müzakirə edir, öyrənir və təhlil edirlər. Bu da ölkəmizə olan ali marağın göstəricisidir. Biz hər zaman enerji siyasətimizi xarici siyasətimizdən ayrı tutsaq da, bu gün dünya siyasəti yenidən öz ənənəvi tələbatının ətrafında dövr etdiyi üçün biz də bizə olan enerji ilə bağlı tələbatları doğru dəyərləndirməyə çalışırıq.

Cənab Prezidentin toxunduğu əsas məqamlardan biri də Ermənistan-Azərbaycan münasibətləri, Qarabağda erməni vətəndaşlarımızla əlaqələrin gələcəyi və digər məsələlər idi. Öncə Laçın-Xankəndi yolunda yaşları gənc, ürəkləri isə müdrik olan fəallarla qürur duyduğunu deyən cənab Prezident soyuq havada, qarda, şaxtada üşüyən gənc qəlblərdə od-ocaq qalamışdır. Vətəndaşlarımızın mübarizə əzmini daha da artırmışdır. Əlbəttə, əgər Laçın-Xankəndi yolu açıqdırsa, deməli Zəngəzur dəhlizi də açıq olmalıdır. Əgər Qarabağda erməni əhalisi yaşaya bilirsə, deməli Qərbi Azərbaycandan olan azərbaycanlılar da paralel şəkildə öz ata-baba torpaqlarına qayıtmalıdırlar. Bununla bağlı cəmiyyət, dövlət əl-ələ verib, birləşib çalışmalıdır.

Bu ilin, yəni 2023-cü ilin haqlı olaraq Ermənistan üçün son şans olduğunu ifadə edən cənab Prezident 2025-ci ildə Rusiya sülhməramlılarının regiondan çıxacağını xatırladaraq əslində hər bir detalın nəzarətdə olduğunu demişdir. İndi Ermənistan sərhədlərin müəyyən edilməsi məsələsinə baxmalıdır. Doğrudan da əgər sərhədlər müəyyən edilməyibsə, o zaman Azərbaycan-Ermənistan sərhədləri kim harada mövqe tuta bilirsə, oradan da keçir. Bu, çox məntiqli yanaşmadır. Bu il sülh üçün Ermənistanın son şansıdır və proses başlamalıdır. Praqada Fransa ilə baş-başa verib etdikləri oyunbazlıqları bir kənara qoyub normal sülh danışıqlarına başlamaq lazımdır. Azərbaycan dəfələrlə bunu ifadə edib.

Ermənistana sülh Azərbaycandan daha çox lazımdır. Laçın-Xankəndi yolunda baş verənlər bir daha göstərdi ki, Azərbaycan ordusunun çox kiçik bir hissəsi bir neçə saat ərzində Xankəndi və ətraf əraziləri fiziki nəzarətə götürməyə qadirdir. Buna kim necə maneə ola bilər ki?! Lakin məsələnin siyasi-diplomatik həlli var. Özü də aksiya başlayan andan bu günə qədər 400-dən çox sülhməramlı hərbi maşın keçid edib. Əlbəttə sülhməramlı maşınların keçidinin kəskin artımını biz başa düşürük və bunun Qarabağda yaşayan erməni əhalinin təminatı üçün edildiyini də anlayışla qarşılayırıq. O insanlar bizim vətəndaşlarımızdır və biz onlara istənilən yardımı göstərməyə qadirik. Qarabağda yaşayan erməni əhalisinin gözəl həyatı məhz Azərbaycanla bağlıdır. Bunu öz müsahibəsi zamanı cənab Prezident bir daha vurğuladı.

Əgər siyasi-diplomatik həll yolları bitərsə, o zaman Azərbaycan müharibədən sonra yenidən formalaşdırdığı müasir ordusu ilə istənilən əməliyyatı icra edərək nəticə əldə edəcəkdir. Azərbaycanın üçüncü dəfə müharibə etmək arzusu yoxdur. Lakin Azərbaycan ona qarşı yönəlmiş istənilən təhdidin, təhlükənin qarşısını alacaqdır. Ölkəmiz öz müdafiə ehtiyaclarını nəinki milli istehsal hesabına təmin etməyi hesablayır, hətta Rusiya-Ukrayna müharibəsi ilə boş qalmış silah bazarını da silah satışı ilə təmin etməyi planlaşdırır. Bunlar əlbəttə, Müzaffər Ali Baş Komandanın mümkün, real və çox yaxın gələcək planlarıdır. Ermənistan kimi bir ölkənin belə bir dövlətlə, ordu ilə və rəhbərlə üz-üzə gəlməsi özünəqəsddən başqa bir şey deyildir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Xarici siyasət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28