Qazaxda “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər davam edir
24.02.2023 [15:57]
24 fevral 2023-cü il tarixdə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ilə birgə “Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri” mövzusunda tədbiri keçirildi.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, İcra Aparatının məsul işçiləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, şəhid ailələri, Vətən müharibəsi əlilləri, veteranları və gənc könüllülər iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Qazaxdakı Şəhidlər Xiyabanını ziyarət edilər. Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin və soyqırım qurbanlarının ruhuna dualar oxundu, abidə kompleksinin və Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüldü.
Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açıq elan etdi. Ulu Öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və qardaş Türkiyədə təbii fəlakət nəticəsində həyatlarını itirmiş bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş nitqi ilə çıxış edərək 2023-cü ilin “Heydər Əliyev ili” elan olunduğunu, bu məqsədlə xüsusi tədbirlər planının hazırlandığını, təqvim planına uyğun olaraq ilboyu silsilə tədbirlərin keçiriləcəyini bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu qeyd etdi. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında, ona hüquqi - siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin böyük rolundan, bu yönümdə Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən atılan addımlardan, Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiyalardan və kampaniyalardan geniş danışdı.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev “Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri” mövzusunda geniş məruzə ilə çıxış etdi. Rayon təşkilatının sədri bildirdi ki, xoşbəxtliyimiz ondadır ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə bütün şəhidlərimizin, faciə, soyqırım, qətliam qurbanlarının qisası artıqlaması ilə alındı, onların qanı yerdə qalmadı.
Tədbirdə BDU Qazax filialının direktor müavini Məmməd Yusifov, Qarapapaq kənd ərazi partiya təşkilatının sədri Şəhla Bayramova, Partiya veteranı Fərhad Qocamanov ətraflı çıxış etdilər.
Sonda Qazax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Xocalı soyqırımına həsr olunmuş ədəbi - bədii kompazisiya ilə çıxış etdilər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

