Azərbaycanın iqtisadi əsasları
26.04.2023 [16:07]
Ulu Öndər Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə müasir Azərbaycanın müstəqil iqtisadiyyatının əsası qoyulmuşdur. Məhz həmin illərdə ardıcıl həyata keçirilmiş sosial-iqtisadi islahatlar iqtisadi inkişafa güclü təkan vermişdi. Təsadüfi deyil ki, ölkəmizin tarixində ötən əsrin 70-80-ci illəri dinamik inkişaf dövrü hesab olunur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin aparılması, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi isə bu dövrün əsas xarakterik cəhətləri kimi qeyd edilir. Həmin illər ərzindədə Ulu Öndər respublikamızı keçmiş sovetlər ittifaqının xammal istehsalçılarından qabaqcıl, müasir texnologiyalara sahib olan sənaye mərkəzinə çevirdi. Azərbaycanda kənd təsərrüfatı müasir əsaslar üzərində inkişaf etdirildi, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəlişinə nail olundu. Respublikamız ittifaqın ən inkişaf etmiş mənsublarından birinə çevrildi və eyni zamanda da gələcək müstəqil Azərbaycanın iqtisadi əsasları üçün möhkəm baza yaradıldı. 1993-cü ilin sentyabrında, Bakı Kondisioner zavodunda keçirilmiş paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində etdiyi çıxışında Ulu Öndər ölkənin məhz sovet dönəmində yaradılmış iqtisadi potensialının əhəmiyyətini qeyd edərək demişdi: “Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm.” Bu gün biz birmənalı olaraq deməliyik ki, məhz Ümummilli Lider Heydər Əliyevin müəllifli olduğu və bilavasitə rəhbərliyi altında həyata keçirilən əsaslı islahatlar, irimiqyaslı dövlət proqramları müstəqillik illərində ölkəmizdə iqtisadiyyatın bütün sahələrində əldə edilmiş möhtəşəm uğur və nailiyyətlərin əsasında durur. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində 1993-2003-cü illər ərzində Azərbaycanda güclü iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı yaradılmışdır. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illəri Azərbaycanın bütün digər sahələri kimi, iqtisadiyyatının da güclü tənəzzül dövrü kimi səciyyələnir. Çox mürəkkəb iqtisadi və qeyri-sabit siyasi şəraitdə xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə ölkədə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Həmin dövrdə ölkəni parçalanmaq və müstəqilliyini itirmək kimi labüd fəlakətlərdən xilas edən dahi rəhbər eyni zamanda respublikanın iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrınin inkişaf etdirilməsi və bu istiqamətdə uğurlu siyasətin işlənib hazırlanması öz ifadəsini yalnız 1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında imzalanmış Sazişdə tapmış oldu. Bu Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Bu tarixi gündən cəmi bir neçə ay əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi alim və mütəxəssisləri ilə görüş zamanı etdiyi çıxışında Ulu Öndər demişdir: “Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.” Həqiqətən də sonrakı illərdə məhz Ümummilli Liderimizin müəllifi olduğu Neft strategiyası Azərbaycanın nəticə etibarı ilə güclü iqtisadiyyata sahib olan bir dövlətə çevrilməsini təmin etdi. Belə bir vacib məqamı da qeyd etmək lazımdır ki, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra artıq hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir həlledici məqamda Ulu Öndər Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda “Əsrin müqaviləsi” çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail oldu. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalandı. Ulu Öndər 2003-cü il 25 fevral tarixində Vaşinqtonda keçirilən “Şərq-Qərb Enerji Dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransda söylədiyi nitqində bu layihənin əhəmiyyətini vurğulayaraq belə demişdir: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir.” Bu gün Ümummilli Liderimiz tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı tərəfindən bu kursun uğurla davam etdirməsi ölkə iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafını təmin edir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

