Tarixi ədalətin bərpası, beynəlxalq hüququn qələbəsi
11.05.2023 [11:52]
Azərbaycanın 30 illik işğal, eyni zamanda, postmünaqişə dövründə xarici siyasətində iki mühüm amil öndə dayanır: Bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi ilə dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr vermək.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda geniş qeyd olunduğu “Heydər Əliyev İli” çərçivəsində tədbirlərdə bütün bu məqamlara bir daha aydınlıq gətirilir. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Qarabağ münaqişəsinin həllinin 30 il uzanması onu göstərdi ki, Ermənistan sülh danışıqlarına imitasiya naminə qatılsa da Azərbaycan məsələnin sülh yolu ilə həllində maraqlıdır və bunun üçün səylər göstərir. Tarixi Zəfərimiz bütün bu məqamların açıqlanmasında yardımçı oldu. İşğaldan azad edilmiş ərazilərimizdə törədilən vəhşiliklər 30 illik işğal dövrünün təqdimatıdır. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş torpaqlara səfərləri zamanı çıxışlarında bu məqamlara xüsusi diqqət yönəldir.
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışında Prezident İlham Əliyev bir daha tədbir iştirakçılarına bu reallıqları çatdırdı ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır. Əgər bu belə olsaydı, onlar onu saxlayardı, şəhəri dağıtmazdı, onu inkişaf etdirərdilər: “Sizin gördükləriniz və ya görəcəklərinizin əksəriyyəti, binalar ya son iki il yarım ərzində bərpa olunub, ya da sıfırdan tikilib. Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir. Bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə qürur duyurlar. Bu, ədalətin, tarixi ədalətin bərpa olunmasının, beynəlxalq hüququn qələbəsi idi.”
Qeyd edək ki, Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə halı alıb. Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli oldu. Bu konfrans, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma olaraq qiymətləndirilə bilər.
Konfransda, həmçinin enerji təhlükəsizliyi məsələsi, Azərbaycanın artan rolu geniş təhlil edildi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin reallığa çevrilməsi ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Cənab İlham Əliyev mayın 10-da Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar Şuşadan müraciətində də Azərbaycanın uğurlarının təhlili əsasında bildirdi ki, bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Biz Avropa İttifaqına üzv ölkələrin üçdəbiri - doqquz ölkə ilə strateji tərəfdaşıq. Yəni, beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Beynəlxalq müstəvidə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmişik. Bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün də öz rolunu oynamışdır. Çünki Azərbaycan həqiqəti sübut etdi: “Biz yalnız həqiqəti sübut etməyə çalışırdıq və ona nail olduq ki, bu, bizim torpağımızdır. Bax, durduğum torpaq Azərbaycan torpağıdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işimizlə bu hüquqi və siyasi bazanı yarada bilmişik.”
Göründüyü kimi, Azərbaycan həm sülhün, həm də enerji təhlükəsizliyinin təminatı istiqamətində mühüm addımlar atır. Azərbaycan tərəfindən təqdim edilmiş sülh gündəliyi müasir beynəlxalq münasibətlərin bütün prinsiplərinə və eləcə də dövlətlərarası əlaqələrin formalaşmasına xidmət edən prinsiplərdən ibarətdir. Həmçinin Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələri üçün enerji təminatçısı rolunda çıxış edir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

