Ulu Öndərin həyat və fəaliyyəti Azərbaycan gəncliyi üçün nümunədir
16.05.2023 [20:15]
YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib
Mayın 16-da “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə YAP Abşeron rayon təşkilatının üzvü olan fəal gənclər iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ulu öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib. Qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimiz Heydər Əliyevdir. O, ulu öndər Heydər Əliyevin siyasi varisi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın qüdrətli və qalib ölkəyə çevrildiyini söyləyib.
Görüşdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçiliyimizin tarixi mərhələlərini təşkil edib: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq”.
Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən A.Rəhimzadənin sözlərinə görə, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, ulu öndər Heydər Əliyevin zəngin irsinin hər zaman öyrəniləcəyini vurğulayıb.
Heydər Əliyevin uzaqgörən şəxsiyyət olduğunu deyən YAP Veteranlar Şurasının sədri qeyd edib ki, bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir: “Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşıb, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Gənclərimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadiq olmalıdırlar”.
YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitununun direktoru Misir Mərdanov ölkəmizin gələcək inkişafında gənclərin rolunu vurğulayıb. O qeyd edib ki, gənclər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla getməlidir. Çünki bu yolun alternativi yoxdur. M.Mərdanov bildirib ki, Ümummilli Lider bugünkü müstəqil Azərbaycanın banisidir. Ulu Öndərimizin həyatı daim Azərbaycan naminə mübarizələrdə keçib və qalib gəlib. Ona görə də Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir. Misir Mərdanov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına xüsusi diqqətlə yanaşmasından ətraflı bəhs edib.
YAP Veteranlar Şurasının üzvü deyib ki, Heydər Əliyevin xalqımızın qarşısında ən böyük xidmətlərindən biri cənab İlham Əliyev kimi lider yetişdirməsi olub. Prezident İlham Əliyev Azərbaycanı inkişaf etdirməklə, torpaqlarımızı işğaldan azad etməklə xalqımıza möhtəşəm nailiyyətlər qazandırıb.
Daha sonra tədbir diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30

