Xalqını düşünən rəhbər
23.06.2023 [15:08]
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın var olması, müstəqilliyinin möhkəmlənməsi, əbədi, daimi, sarsılmaz olması, xalqımızın daha da yaxşı, təhlükəsiz, sabitlik şəraitində yaşaması, ölkəmizin parlaq, xoşbəxt gələcəyinin təmin olunması üçün yorulmadan çalışmış, hətta bu yolda həyatını da təhlükəyə atmaqdan çəkinməmişdir.
Ölkəsinin, xalqının hər zaman yanında olan Ümummilli liderimiz 20 yanvar faciəsinə etiraz olaraq özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etmiş, qoşunların Bakıdan çıxarılmasını tələb etmişdi. Bütün bunlar sübut edir ki, Ulu öndər Heydər Əliyevin ürəyi hər zaman xalqı ilə döyünürdü.
Məlum olduğu kimi, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə ictimai-siyasi vəziyyət olduqca ağır idi. Torpaqlarımızın işğalı, daxildə kürsü davası, vətəndaş müharibəsi təhlükəsi, bəzi xarici qüvvələrin havadarlığı ilə daxildə parçalanma təhlükəsi Azərbaycanı sanki siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu.
Əlbəttə ki, ölkənin belə ağır durumunda xalqımızın bir çıxış yolu vardı. Bu yol ölkəsini, xalqını canından çox sevən Ulu öndər Heydər Əliyevi Bakıya dəvət etmək idi. Müdrük, üzaqgörən Azərbaycan xalqı yaxşı bilirdi ki, ölkəni bu ağır durumdan yalnız ulu öndər xilas edə bilər. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına biganə qalmayaraq, xalqın səsinə səs verǝrǝk Bakıya gəlməsi, iyunun 15- də Ali Sovetin sədri seçilməsi və iyun ayının 24- də Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini icra etməyə başlaması ilə Azərbaycanın xoşbəxt gələcəyinin təməli atıldı. İlk öncə ölkədə qardaş qırğını təhlükəsinin qarşısı alındı, atəşkəs elan olundu, problemlər bir-bir aradan qalxmağa başlandı. Bir sözlə desək ölkəmizin üzərini bürümüş qara buludlar dağılmağa başladı. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməklə yanılmadığını, nə qədər üzaqgörən xalq olduğunu nümayiş etdirdi.
Ümummilli lider xalqına arxalanaraq üzərinə götürdüyü xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirdi. Tanrının Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyev vətəninə, xalqına sevgisi sonsuz, iradəcə olduqca möhkəm bir şəxsiyyət idi. Azərbaycan xalqı xoşbəxt xalqdır Tanrı Azərbaycana Onun kimi müdrük şəxsiyyət bəxş edib . Eyni zamanda Azərbaycan xalqı olduqca şanslı xalqır ki, Ulu öndər yarım qalan, sona çatdıra bilmədiyi işləri davam etdiməsi üçün cənab İlham Əliyev kimi proqmatik düşüncəyə malik, qətiyyətli, qüdrətli Lider yetişdirmişdir.
Məhz Prezident cənab İlham Əliyevin sayəsində, Onun rəhbərliyi, komandanlığı altında 27 sentyabr 2020-ci ildə başlamış Vətən Müharibəsində rəşadətli Azərbaycan ordusu işgal altında olan torpaqlarımızı cəmi 44 gün ərazində düşmən tapdağından azad etdi.
Prezident cənab İlham Əliyev ulu öndərin siyasi xəttini dövrün tələblərinə uyğun uğurla davam etdirir. Bu gün Azərbaycan nəinki regionda, həmçinin dünyada söz sahibinə çevrilib. Artıq ölkəmiz dünyada yaranmış problemlərin həlli yollarını araşdıran bir məkan kimi tanınır.
Bu gün müstəqil Azərbaycan Prezident cənab İlham Əliyevin sayəsində heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Əminliklə deyə bilərik ki, bu günkü müasir müstəqil, qalib Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01

