“Heydər Əliyev 100: Mühəndislik hakatonu”
14.10.2023 [12:44]
YAP və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilən intellektual yarışın açılış mərasimi olub
Oktyabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev 100: Mühəndislik hakatonu” intellektual yarışın açılış mərasimi keçirilib.
Azərbaycan-Fransız Universitetində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əskərov Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu, Ümummilli Liderin anadan olmasının 100 illiyinin respublikamızda böyük təntənə ilə qeyd edildiyini bildirib. Ulu Öndərin gənclərə hərtərəfli qayğısından bəhs edən Vazeh Əskərov qeyd edib ki, Heydər Əliyev siyasətində gənclərlə iş daim xüsusi yer tutub, gənclərin yüksək təhsilə, bilik və bacarıqlara nail olmaları üçün məqsədyönlü addımlar atılıb. Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu siyasətin nəticələri gənclərimizin uğurlarında öz əksini tapır.
V.Əskərov gənclərin inkişafında, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayan belə intellektual yarışların təşkilinin əhəmiyyətini vurğulayıb, yarışda iştirak edən komandalara uğurlar arzulayıb.
YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib. O, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son 20 il ərzində Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq tərəqqi və Zəfər zirvəsinə yüksəldiyini, qüdrətli və qalib ölkəyə çevrildiyini vurğulayıb.
Ə.Tağıyev bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində ölkəmizdə intellektual, vətənpərvər, bilikli və bacarıqlı gənc nəsil formalaşıb. Onun sözlərinə görə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da böyük gənclər ordusu birləşib.
Əhliman Tağıyev ali məktəb tələbələri üçün təşkil edilən intellektual yarışın gənclər üçün faydalı olacağına əminliyini ifadə edib.
Kapital Bankın Proqramlaşdırma üzrə funksional lideri Fariz Lətifov da çıxışında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan intellektual yarışın gənclərimizin innovativ potensialının inkişafındakı əhəmiyyətindən bəhs edib.
Daha sonra yarışın qaydaları və təlimatlar barədə “Eazi Start” startup və innovasiya mərkəzinin koordinatoru Elviz İsmayılov və UFAZ-ın Kompüter Elmləri Proqramı üzrə koordinatoru Samer El Zant məlumat veriblər.
Qeyd edək ki, intellektual yarışda 21 universitetdən 30 komanda təmsil olunur. 120 tələbənin iştirak etdiyi yarışlar 14-15 oktyabr tarixində keçiriləcəkdir.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

