Əlaqələr genişlənir
06.11.2023 [12:40]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birləşib böyük güc sahibi olmasına böyük tövfə verdiyi Türk dünyasının birliyi bu gün ən yüksək zirvəyə çatmışdır.
Türkdilli dövlət başçılarının ilk görüşü Naxçıvanda keçirilmişdir. Sevindirici və qürurverici haldır ki, Naxçıvandan başlayan fəaliyyət bu gün uğurla inkişaf və davam edir. 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı. İmzalanan sazişə əsasən türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O zaman sənədi dörd ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin prezidentləri imzalamışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın və Türkiyənin liderliyi sayəsində, hər iki ölkənin dövlət başçılarının yorumaz fəaliyyətləri nəticəsində quruma üzv ölkələr arasında əlaqələr daha da genişləndi. 2021-ci ilin noyabrında olduqca mühüm məqamları ilə diqqət çəkən İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirildi, bundan əlavə Türkmənistana təşkilatda müşahidəçi statusunun verilməsi haqqında, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı qərar qəbul edildi. Görüşdə əsas məqamlardan biri də Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi oldu.
Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı görüşdə çıxış edərək Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil etdiyini vurğulayib. “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib”-deyən prezident İlham Əliyev qeyd edib ki, bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.
Cari ilin oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir. Dövlət başçımız, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyi dəstəyə görə ölkə başçılarına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev məlumat üçün bildirib ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesinin başlandiğini vurğulayan ölkə başçısı Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradıldığını bildirib.Cənab Prezident onu da qeyd edib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.
Çıxışında dünyada baş verən proseslərə toxunan Dövlətimizin başçısı bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunu, müharibələr, qanlı münaqişələrin alovlandığını xatırladıb və üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırılmasını təklif edib.
Prezident İlham Əliyev mövcud reallıqları, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri, vandalizmi Zirvə görüşünün iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir.
2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoyduğunu söyləyən Dövlətimizin başçısı, bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdiyini, 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdiyini, antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədiyini bildirdi.
Prezident cənab İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı bərpa - quruculuq işlərinə də toxunaraq qeyd etdi ki,bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.
Dövlətimizin başçısı hazırda Böyük Qayıdış Proqramını icra etdiyini, artıq keçmiş məcburi köçkünlərin - bu torpaqların əsl sahiblərinin Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıtdıqlarını, 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsinin nəzərdə tutulduğunu dıqqətə çatdırdı.
Beləliklə, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşü Azərbaycan həqiqətlərinin bir daha diqqətə çatdırılması baxımından əhəmiyyətli hadisə kimi yadda qalması ilə yanaşı, eyni zamanda bu görüş Türk dünyasının birliyinin möhkəmlənməsinə böyük tövfə verdi.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19

