Azərbaycanın nüfuzu durmadan artır
15.12.2023 [13:58]
Azərbaycan Respublikasının bugünkü inkişafının təməlində müstəqillik qazandıqdan sonra həyata keçirilən daxili və xarici siyasət strategiyası dayanır. Bu günə qədər qonşu və qonşu olmayan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişafı sahəsində mühüm addımlar atılmışdır. Azərbaycan beynəlxalq əlaqələr sahəsində mühüm layihələr həyata keçirmiş və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı əməkdaşlıqlar qurmuşdur.
Məlumdur ki, artıq Azərbaycan dünyada qaz ixrac edən ölkə kimi məşhurlaşıb. Bu, ondan irəli gəlir ki, xüsusən Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı artmaqda davam edir. Cari ilin dekabr ayının 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Azərbaycanla bağlı deyilən fikirlər bunu bir daha sübut edir. Prezident İlham Əliyev tədbirdə çıxış edərək Azərbaycanın qaz ixracı coğrafiyasının daha da genişləndiyini deyib: “Yəni deyə bilərəm ki, bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Əlbəttə ki, hər iki prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir”.
Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memoranduma görə, Azərbaycan 2037- ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. 2021- ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı – Tbilisi – Ceyhan, Bakı – Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021 -ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.
Bolqarıstanın Prezidenti Rumen Redevinin çıxışında Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaq bildirib ki, “Bu gün bizi yalnız təbii qaz deyil, ölkələrimizi ugurlu və faydalı əməkdaşlıq bağlayır. Bu gün ölkələrimiz arasındakı layihə Avropanın enerji xəritəsini dəyişir. Layihəmiz region üçün təhlükəsizliyə zəmanət verir. Burada nəhayət ki, Bolqarıstan Azərbaycan qazını qəbul edə bilir. Biz on il öncə nə Avropadan, nə də ki, Azərbaycandan qaz ala bilmirdik”. Bolqarıstan Prezidenti Rumen Redevi, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. “Siz sübut etdiniz ki, Bakı bütün anlaşmalara ciddi yanaşır, və burdan bütün avropalı həmkarlara bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır”. Onuda vurğulamaq lazımdır ki, Serbiya, Bolqarıstan və Şərqi Avropa qrupuna daxil olan digər ölkələrin Azərbaycanın namizədliyini dəstəkləyərək növbəti COP29 konfransının Azərbaycanda keçirilməsinə dəstək verməsi də dövlətlərarası dostluğumuzun bariz nümunəsinin göstəricisidir.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

