İnamla hədəfə doğru
16.12.2023 [17:37]
Azərbaycan xarici siyasətində ikitərəfli əməkdaşlıq xüsusi yer tutur. Əməkdaşlıq əlaqələrinin inkişafında enerji amili əhəmiyyətli rol oynayır. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi bir daha bu kimi məqamlara aydınlıq gətirdi. Dövlət başçısı İlham Əliyev çıxışında qarşılıqlı səfərlərin, eyni zamanda, prezidentlər arasında şəxsi dostluq münasibətlərinin əlaqələrin inkişafında rolunu Azərbaycan-Serbiya, Azərbaycan-Bolqarıstan əməkdaşlığının timsalında xüsusi qeyd etdi. Bildirdi ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq və sözdə, sənəddə, əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk. Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviç “Bu layihə uzun illər bundan əvvəl planlaşdırılırdı. Onun həyata keçirilməsi çox uzun çəkdi və biz cəmi bir ildə işi tamamlamağa müvəffəq olduq. Biz qaz nəqli ilə bağlı Azərbaycandan olan dostlarımızla qısa zamanda razılığa gəldik. Əməkdaşlığa görə Azərbaycana, ilk növbədə, minnətdarlığımı bildirmək istəyirəm” söyləyərək onu da bildirmişdir ki, Azərbaycan sərhəd baxımından qonşumuz olmasa da, sözsüz ki, qəlbimizdə xüsusi yeri olan dostumuzdur. Bolqarıstanla Azərbaycan da strateji tərəfdaşdılar. Bu il cənab İlham Əliyev Bolqarıstana, Bolqarıstan Prezidenti Rumen Radev ölkəmizə səfər etmişdir. Bu da onu göstərir ki, münasibətlərimiz çox dinamikdir, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub. Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimini dostluq, strateji tərəfdaşlıq mərasimi kimi dəyərləndirdi. Azərbaycan qazı hazırda Bolqarıstandadır. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir. İndiki şəraitdə bu əhəmiyyət daha da artıb. Azərbaycan qaz hasilatını artırmaq və tərəfdaşlarımızı təbii qazla təmin etmək üçün səylərini artırır. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Hazırda təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Təbii ki, interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək. O da məlumdur ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Sənəd hazırda uğurla icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, Azərbaycan inamla bu hədəfə doğru addımlayır. 2021-ci ildə Azərbaycanın Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. “Bizim çox genişmiqyaslı başqa planlarımız var” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Ölkəmizin irəli sürdüyü və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Prezident İlham Əliyev qeyd etmişdir ki, gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır: “Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.” Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində də bildirmişdir ki, enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Həmçinin ölkəmiz Macarıstan və Serbiya ilə müqavilələr imzalayıb. Bununla yanaşı, Albaniya da qazın paylanılmasına dair planlarımıza daxildir. Cənab İlham Əliyev bu reallıqlar əsasında bildirmişdir: “Baxın, Avrasiyada və əsasən də Avropada neçə ölkə bizim tərəfdaşımızdır və Azərbaycan qazına olan tələbat artmaqdadır. Biz Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verdik. Bu, bizim işgüzar əlaqələrimizin vacib hissəsi olmaqda davam edəcək. Eyni zamanda, mən artıq bərpaolunan enerji sahəsinə toxundum… Artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək.” Görüdüyü kimi, Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadəni həyata keçirməklə həm özünün daxili tələbatını ödəyir, həm də dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Azərbaycan arzuolunan, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev qlobal təşəbbüsləri ilə Avrasiyanın enerji siyasətinə mühüm töhfələr verir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35

