Düzgün siyasətin bəhrəsi
05.04.2024 [11:01]
Konqo Respublikası Afrikanın ən böyük ölkələrindən hesab edilir. İndiyə qədər Azərbaycanla-Konqo arasındakı münasibətlər elə də yüksək səviyyədə olmamışdır. Lakin BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına ölkəmizin sədrlik etdiyi dönəmdə cənab Prezident İlham Əliyevin neokolonizmə, müstəmləkəçiliyə qarşı apardığı mübarizə digər ölkələrlə olduğu kimi Konqo ilə də münasibətlər yüksək səviyyədə qurulmağa başlamışdır. Azərbaycana artan maraq bu Afrika ölkəsinin də Azərbaycanla siyasi, iqtisadi əlaqələr qurmasını şərtləndirmişdir.
Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso yüksək səviyyədə qəbul olunmuş, ikitərəfli və geniş tərkibli görüşlər keçirilmişdir.
Görüşlər başa çatdıqdan sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatla çıxış etmişlər.
Azərbaycanla Konqo arasında imzalanmış əməkdaşlıq haqqında Bəyannaməni çox mühüm və sanballı sənəd adlandıran cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, bu sənəd bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.
Cənab Prezident qeyd etmişdir ki, “bu ilin yanvar ayına qədər 4 il Qoşulmama Hərəkatına uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Biz bu təsisatın, bu hərəkatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmışıq.”
Ölkəmizin Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrində olduğunu qeyd edən ölkə başçısı bildirmişdir ki, ilk növbədə kənd təsərrüfatı sahəsində, bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var.
Konqo Prezidenti Deni Sassu-Nqessonu COP-29 tədbirində iştirak etmək üçün dəvət etdiyini qeyd edən cənab İlham Əliyev bildirmişdir ki, “Azərbaycan COP-29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər.”
Qeyd etmək lazımdır ki, Afrika ölkələrində Azərbaycana marağın yaranması dövlətimizin və onun başçısının son illər həyata keçirdiyi siyasətin nəticəsidir. Müstəqil iradəyə söykənən bu siyasət, müstəmləkəçiliyin və neokolonializmin hər cür təzahürünə qarşı ardıcıl mübarizə bu siyasətin tərkib hissəsidir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

