Redikül Gültəkin “buğa söhbəti”nin təsiri altında...
03.05.2024 [10:30]
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi təkcə Ermənistanla onun havadarlarını məyus etməyib. Məyuslar arasında ölkəmizdə yaşayan, amma onun uğurlarından narahatlıq keçirənlərə də rast gəlirik. Belələri müxalifət düşərgəsini təmsil edənlərdir. Redikül müxalifətin xaricdəki anti-azərbaycançı mərkəzlərə xidmət etməsi və onların əlində alət olması bütün cəmiyyətimizə məlum olan faktdır.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsində xalqla hakimiyyətin birliyi qarşısında aciz duruma düşən rediküllər ölkəmizin uğurlarına qarayaxmaq üçün fürsət axtarır. Əlbəttə, hər bir hüquqi dövlətdə, demokratik cəmiyyətlərdə müxalifət partiyalarının fəaliyyət göstərməsi təbii prosesdir. Bu tipli ölkələrdə müxalifət iqtidarda olan qüvvənin fəaliyyətini diqqətlə izləyir və onun həyata keçirdiyi siyasətdən, proqramlardan daha keyfiyyətli proqramlar cəmiyyətə təqdim etməyə çalışır. Azərbaycanda da siyasi partiyaların fəaliyyəti üçün normal şərait yaradılıb. Amma indiyə qədər heç bir proqram ortaya qoymayan redikül müxalifətin fəaliyyəti yalnız iqtidara və dövlətə qarşı qarayaxma kampaniyası aparmaqdan ibarətdir. Bunun adı isə təkcə hakimiyyətə deyil, xalqa və dövlətə qarşı müxalifətçilikdir.
Rediküllər xaricdəki antiazərbaycançı mərkəzlərin ölkəmizə qarşı apardıqları qərəzli kampaniyalara sevinməklə yanaşı, onlara dəstək verməkdən “qürur” duyurlar. Bunların sırasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq olunmaması haqqında ədalətsiz qərarı qeyd etməliyik. Redüküllər bu qərarı “toy-bayram” kimi qeyd etdilər. Son günlər isə həmin qərarın təşəbbüskarı olan almaniyalı deputat Frank Şvabe Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinə qarşı yalan və böhtanlara başlayıb. Yenə də rediküllər onu “alqışlayır”. Onların arasında Gültəkin Hacıbəyli də var. Bu, həmin Gültəkin Hacıbəylidir ki, Milli Məclisin deputatı olan zaman AŞPA-da da təmsil olunurdu və qurumun Azərbaycana qarşı qərəzli mövqeyinə kəskin etirazlarını bildirirdi. Amma o, indi mövqeyini 180 dərəcə dəyişib. Hansı ki, AŞPA o zaman da demokratiya, insan haqları və azad mətbuat mövzusu ilə spekulyasiya edirdi, indi də bu mövzulardan ölkəmizə qarşı istifadə edir. Yəni, qurumun mövqeyində dəyişiklik yoxdur, dəyişiklik G.Hacıbəylinin əqidəsindədir.
Son günlər isə G.Hacıbəyli Gürcüstanda müxalifətin mitinqlərindən “ruhlanıb”. “Gürcüstan növbəti demokratik inqilaba hamilədir. “Gürcü olmaq” arzumuzda n-ci kruqu getməyə hazırlaşaq”-deyən bu redikül Azərbaycan vətəndaşlarını onlara dəstək vermədiyi üçün lağ obyektinə çevirməkdən də çəkinməyib. Deyəsən, G.Hacıbəylinin belə davranışılarında Cəmil Həsənli ilə “buğa” söhbətinin təsiri qalmaqdadır. Xatırladaq ki, belə bir söhbət hələ 2020-ci ildə “Milli şura”nın videokonfransında olmuşdu. G.Hacıbəyli bu videokonfransda inəklərin bioloji durumlarından bəhs edərək deyib: “Cəmil müəllim, yadınızdadır siz mənə danışmışdınız: Bakıdan Mərkəzi Komitənin katiblərindən biri gedib rayondakı mal fermasına. Buğanı görüb deyib ki, nə qəşəng inəkləriniz var. Deyiblər ki, inək deyil- buğadır. O da başa düşməyib ki, buğa nədir. Deyiblər ki, bu inəyin erkəyidir. O da qayıdıb deyib ki, hə, demək istəyirsiniz ki, inəyin əridir də...”. Bu zaman qondarma qurumun üzvləri xeyli gülüşürlər və buğanın müzakirəsi onların əsas mövzusu olur. Beləliklə, əlavə şərhə ehtiyac yoxdur. Məhz belə müzakirələr rediküllərin gerçək mahiyyətindən xəbər verir.
N.TUNAR
Xəbər lenti
Hamısına baxDünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54

