TƏBİB və Almaniyanın nüfuzlu klinikası arasında memorandum imzalanıb
04.06.2024 [16:32]
TƏBİB və Almaniyanın nüfuzlu “Sana” klinikası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və “Falk Beratung” şirkətinin baş icraçı direktoru Tomas Falk imzalayıblar.
Memorandumun imzalanması mərasimində TƏBİB-in İcraçı direktorunun müavinləri Anar İsrafilov və Araz Nəsirov, TƏBİB-in struktur bölmə rəhbərləri, Yeni Klinikanın direktoru Barat Yusubov, “Sana” klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, “Falk Beratung” şirkətinin ictimaiyyətlə əlaqələr ofisinin rəhbəri Tobias Luk, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Hayko Şvartz və digərləri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, memoranduma əsasən “Sana” klinikası tərəfindən Yeni Klinikada xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqlar/tədqiqatlar, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramları, ISO 9001 və/və ya JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, müəssisədə tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi və “Sana” brendindən istifadə hüququ nəzərdə tutulub.
Əməkdaşlıq çərçivəsində tabeli tibb müəssisəsində göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, Yeni Klinikanın tibbi turizm potensialının artırılması və tibbi turistlərin ölkəyə cəlb olunması, səhiyyə sahəsində kadr potensialının inkişafı, innovativ həllərin tətbiqi və rəqəmsallaşdırılma işlərinin həyata keçirilməsi planlaşdırılıb.
TƏBİB-in inzibati binasında keçirilən görüşdə İcraçı direktor Vüqar Qurbanov son illər ölkəmizdə digər sahələr kimi səhiyyə sahəsində aparılan islahatlar, həyata keçirilən yeniliklər və əldə olunan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində tibb sahəsində yeni idarəetmə modelinin yaradıldığını, əhalinin bütün təbəqələrinin tibbi xidmətlərə əlçatanlığının eyni səviyyədə təmin edildiyini, icbari tibbi sığortanın tətbiqi ilə xidmət keyfiyyətinin, tibb müəssisələrin maddi-texniki bazasının, kadr potensialının qabaqcıl standartlara uyğun şəkildə yüksəldiyini qeyd edib. V.Qurbanov bildirib ki, bütün bunların nəticəsidir ki, bir çox inkişaf etmiş ölkələr səhiyyə sahəsində Azərbaycanla əməkdaşlığa maraqlıdır. Bu marağın təzahürü kimi Almaniyanın nüfuzlu və böyük medikal qrupu olan “Sana” klinikasını misal göstərmək olar. Bu, həm də Azərbaycan-Almaniya arasında beynəlxalq, iqtisadi və dostluq əlaqələrinin yüksək səviyyəsinə dəlalət edir. Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsi qlobal müstəvidə xarici özəl tibb müəssisəsi ilə pasiyent məmnunluğu, xidmət keyfiyyətinin artırılması, xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqlar/tədqiqatlar, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramları üzrə əməkdaşlığa başlayır.
“Falk Beratung” şirkətinin baş icraçı direktoru Tomas Falk bildirib ki, bu əməkdaşlıq “Sana” klinika ilə yanaşı, Almaniya üçün də bir yenilikdir. Əminəm ki, bu əməkdaşlıq ölkələrimiz arasındakı digər əlaqələrə də töhfə verəcək. Biz konstruktiv və səmimi əməkdaşlığa hazırıq. Əməkdaşlıq çərçivəsində “Sana” klinikasının loqosunun Yeni Klinikada müştərək istifadə olunması təklif edilib.
Qeyd edək ki, “Sana” klinikasının loqosundan istifadə edilməsi dünya praktikasında ilk dəfə Azərbaycanda tətbiq ediləcək. Bu, Yeni Klinikanın ölkə xaricində dünya standartlarına cavab verən tibb müəssisəsi kimi tanınmasına böyük töhfə verəcək.
Məlumat üçün bildirək ki, “Sana” Almaniyanın Münxen şəhərindəki və 1976-cı ildən fəaliyyət göstərən aparıcı tibb şirkətlərindən biridir. 34 mindən çox əməkdaşı olan klinika 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

