Bakı Enerji Həftəsi dünya mediasının diqqət mərkəzindədir
05.06.2024 [14:21]
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri dünya mediasının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” rəsmi informasiya agentliyi, “24 ae.”, “Əl İttihad”, “Şarjah 24”, “Mediaoffice. Abu-Dabi”, “Əl Xalic”, “uae.barq” qəzet və portalları, habelə “CNN arabic”, “Abu Dabi1” telekanalları, Səudiyyə Ərəbistanının “Saudigulffprojetcts” nəşri Bakı Enerji Həftəsi çərçivəsində Prezident İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl-Cabiri qəbul etməsi, habelə Azərbaycanın dövlət başçısının və Əmirliklərinin nazirinin bu mötəbər tədbirdə çıxışının əsas məqamları barədə məlumat veriblər.
BƏƏ və Səudiyyə Ərəbistanı mediası, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in sədri Sultan bin Əhməd Əl Cabirin iki günəş və bir külək enerjisi layihəsinin təməlqoyma mərasimində iştirakı haqqında geniş məqalələr dərc edib. Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, bu layihələr təmiz enerji sahəsində dünya lideri olan “Masdar” tərəfindən Azərbaycanın milli neft şirkəti SOCAR ilə birgə işlənib hazırlanacaq.
Məqalələrdə diqqətə çatdırılıb ki, Sultan bin Əhməd Əl-Cabir Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığını, hazırkı COP prezidenti Birləşmiş Ərəb Əmirliyinin COP29-un sədrliyi ilə sıx əməkdaşlıq etməyə davam edəcəyini bildirib. O, həmçinin bütün ölkələri, maraqlı tərəfləri COP29-un heç bir şübhəyə yer qoymayan orqan olmasını təmin etməyə dəstək verməyə çağırıb.
Bakı Enerji Həftəsinin açılış mərasimi haqqında Qazaxıstanın “Kazinform” agentliyi, Çinin “Siamnews”, “Chinamoneynerqork” portalları, Avstraliyanın AAP informasiya agentliyi, Tailandın “Thailand business” nəşri, Almaniyanın “Finanznachritchen”, Kanadanın “Newswire”, İtaliyanın “İnarmazione”, İngiltərənin “Morningstar”, Tayvanın “Taiwannews” elektron qəzetləri geniş məqalələr dərc ediblər.
Məqalələrdə qeyd edilib ki, qlobal enerji böhranı dövründə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir 30-dan çox ölkədən 300-dək şirkəti bir araya gətirib. Dünya mediası Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı, həmin ərazilərin azad edilməsindən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyaların istifadəyə verilməsi və 3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağı barədə fikirlərinə də yer ayırıb.
Xəbər və məqalələrdə Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl-Cabirin Bakı Enerji Həftəsi çərçivəsində iki günəş və bir külək elektrik stansiyasının təməlini qoyması barədə geniş məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

