“Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” ilə bağlı məruzə təqdim olunub
10.06.2024 [13:23]
Mayın 10-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə BMTM-in “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” ilə bağlı məruzənin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli məruzənin əhəmiyyətini vurğulayıb. O bildirib ki, azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı beynəlxalq hüququn norma və prinsiplərinə əsasən mütləq və zəruridir. Bu proses sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə baş tutmalıdır.
Sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev məruzə barədə qısa məlumat verib. O qeyd edib ki, sözügedən mövzuda məruzənin ingilis dilində yazılmasının əsas məqsədi beynəlxalq ictimaiyyətdə azərbaycanlı qaçqınlar barədə ətraflı məlumat formalaşdırmaq və birtərəfli yanaşmaların qarşısını almaqdır.
BMTM-in şöbə müdiri Cavid Vəliyev azərbaycanlıların Ermənistandan deportasiyasının erməni millətçiləri tərəfindən aparılan sistemli və ardıcıl siyasətin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra məruzənin hazırlanmasında iştirak edən ADA universitetinin beynəlxalq münasibətlər üzrə məzunları Elcan Həsənli və Sarvan Hüseynovun təqdimatları dinlənilib.
Dəyirmi masa sual-cavab sessiyası ilə davam etdirilib.
Qeyd edək ki, BMTM tərəfindən hazırlanan “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” sərlövhəli məruzə 5 bölmədən ibarətdir.
Birinci bölmədə azərbaycanlıların Ermənistandan deportasiyası prosesinin tarixinə nəzər salınır. Deportasiyanın mərhələləri barədə ətraflı məlumat verilir.
İkinci bölmədə qrup məlumatları, sorğu yekunları və zərərçəkmiş şəxslərdən, hadisə şahidlərindən alınan müsahibələr təhlil edilir.
Üçüncü bölmədə azərbaycanlıların Ermənistana qayıdışı prosesi ilə bağlı mümkün siyasi həll istiqamətləri - azərbaycanlı qaçqınların geri qayıdışı ilə bağlı məsələlər, onlar üçün sosial proqramların həyata keçirilməsi, həmçinin Ermənistan hökuməti tərəfindən müvafiq hüquqi və inzibati tədbirlər görülməsi və icmalararası dialoqun təşviqi kimi məsələlər təklif edilir.
Dördüncü hissədə əvvəlki bölmədə qeyd olunan təkliflərin icrası zamanı ortaya çıxa biləcək mümkün problem və çağırışları ehtiva edir.
Nəticə bölməsində isə hərtərəfli təhlilin yekunu olaraq müvafiq tövsiyələr irəli sürülür.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

