Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Paşinyan: Ermənistan hökuməti yalnız xalqın tələbi ilə istefa verə bilər

Paşinyan: Ermənistan hökuməti yalnız xalqın tələbi ilə istefa verə bilər

12.06.2024 [17:27]

Ermənistan hökuməti yalnız xalqın istəyi ilə istefa verə bilər.

AZƏRTAC xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə parlament parkında jurnalistlər üçün keçirilən brifinqdə deyib.

“Ermənistan xalqı hakimiyyət dəyişikliyi istəyəsə, bu dəyişikliyi həyata keçirəcək”, - deyə hökumət başçısı müxalifətin onun istefası tələbi ilə təşkil etdiyi mitinq fonunda bildirib.

Nikol Paşinyan, həmçinin parlament binası yaxınlığına çox sayda polis qüvvələrinin və xüsusi texnikanın cəlb edilməsini “qanunvericilik orqanının normal fəaliyyətinin təmin olunması” zərurəti ilə izah edib.

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31