Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / QAİ Aİ-ni Azərbaycana qarşı qərəzli yanaşmasından imtina etməyə çağırıb

QAİ Aİ-ni Azərbaycana qarşı qərəzli yanaşmasından imtina etməyə çağırıb

21.06.2024 [14:11]

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel növbəti dəfə anti-Azərbaycan mövqe nümayiş etdirib.

C. Borell Avropa Parlamentinin deputatlarının sorğusunu cavablandırarkən, Azərbaycanda ağır cinayət törətməkdə şübhəli bilinərək haqlarında həbs qətimkan tədbiri görülmüş, əli Azərbaycan xalqının qanına batmış bir qrup separatçının azad olunmasını tələb edərək, məhkəmənin işinə müdaxilə etməyə cəhd göstərib. Bundan əlavə, Aİ nümayəndəsi Azərbaycanın reinteqrasya təklifini rədd edərək, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barədə bir kəlmə də olsun danışmayıb.

Bütün bunlar Cozep Borellin qərəzini və ikili standartını nümayiş etdirir. Belə yanaşma Azərbaycan ictimaiyyətində Avropa İttifaqının imicinə ciddi xələl vurur.

Qərbi Azərbaycan İcması Avropa İttifaqını Azərbaycana qarşı qərəzli yanaşmasından imtina etməyə, sülh prosesinə mane olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını dəstəkləməyə çağırır.

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Sentyabr ayından...

12 İyul 11:00

Sosial

Ədəbiyyat

Dünya

Xəbər lenti

MEDİA

Xarici siyasət

Siyasət

Sülh gündəliyi

12 İyul 10:20

Siyasət

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31